Ermənistan SQ Baş Qərargah rəisinin iki müavini işdən azad ediləcək

2017/11/timthumb345345_1512039153.jpg
Oxunub: 607     14:50     30 Noyabr 2017    
Ermənistan müdafiə naziri Vigen Sarkisyan silahlı qüvvələrin Baş Qərargah rəisininin iki müavinini tutduqları vəzifələrindən azad edəcək.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan müdafiə nazirliyinin rəhbərliyi silahlı qüvvələrin baş qərargah rəis müavini, general-leytenant Haykaz Bağmanyanı işdən azad etməyə qərar verib. Onunla birlikdə Stepan Qalstyanın baş qərargah rəis müavini vəzifəsindən azad ediləcəyi bildirilir.

Haykaz Bağmanyanın vəzifəsindən çıxarılacağı gözlənilən olsa da, Stepan Qalstyanın çıxarılması müəmmalıdır. Qalstyan müdafiə nazirliyində köhnə kök salanlardan şəxs olmaqla yanaşı, kifayət qədər ciddi nüfuza malikdir.

Haykaz Bağmanyandan fərqli olaraq, Stepan Qalstyanın adı biznes və ya kriminal qalmaqallarda hallanmayıb. Lakin hər iki generalın baş qərargah rəisi Movses Hakopyanla münasibətlərinin yaxşı olmaması həqiqətdir. Bu məslədə yalnız Movses Hakopyanın iradəsi ilə onların vəzifələrindən azad edilmələri mümkün deyil, məsələnin bir az daha dərin kökləri var.

Məlumatlara görə, Vigen Sarkisyan müdafiə nazirliyi sistemindən köhnə və idarə olunmaz kadrları, yəni ona maneçilik törədən şəxsləri uzaqlaşdırmağı qarşısına məqsəd qoyub. Bu baxımdan, Movses Hakopyan və Vigen Sarkisyanın müdafiə nazirliyini daha zəif şəxslərlə gücləndirmək maraqları üst-üstə düşür.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Ermənistan   Vigen-Sarkisyan  

Xəbər lenti

Ermənistan SQ Baş Qərargah rəisinin iki müavini işdən azad ediləcək

2017/11/timthumb345345_1512039153.jpg
Oxunub: 608     14:50     30 Noyabr 2017    