Baş Qərargah rəisi NATO toplantısında iştirak edəcək

2018/01/132-Nəcməddin-Sadıqov_1516005428.jpg
Oxunub: 1022     16:37     15 Yanvar 2018    
Müdafiə Nazirliyindən Ordu.az-a verilən məlumata görə, müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov NATO-nun Hərbi Komitəsinin “Qətiyyətli Dəstək” və “Stabilliyin layihələşdirilməsi” formatlarında təşkil ediləcək görüşlərdə iştirak etmək üçün Brüssel şəhərinə (Belçika Krallığı) yola düşüb.

Tədbir yanvarın 16-da NATO-nun Mənzil-Qərargahında Baş Qərargah Rəisləri səviyyəsində keçiriləcək.

Ordu.az


Teqlər: NATO   Nəcməddin-Sadıqov