"Zorakılıq" sözünə uyğun 105 nəticə tapıldı!

Çoxuşaqlı “Əsrin oğrusu”, yoxsa komandir heyəti?| Düşmən ordusundakı özbaşınalıqlar

2018/12/45645-1543651765.jpg
Oxunub: 1295     12:01     01 Dekabr 2018    
Ermənistanda ordu daxilində baş verən qanunsuzluqlara göz yumulsa da çoxuşaqlı əsgər anası hələ də həbsdə saxlanılır.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Sünik vilayətinin Sisian şəhər məhkəməsində 6 il müddətinə azadlıqdan məhrum edilmiş çoxuşaqlı ana olan Hasmik Sarkisyanın məhkəmə iclası açıq keçirilib.

Şərti olaraq “Əsrin oğrusu” adlandırılan Hasmik Sarkisyanın 4 uşağı var. Onlardan biri hadisə baş verən həmin vaxtda əsgər olmaqla hospitalda müalicə olunub. Həmin əsgərin oğlunun qida ehtiyaclarını təmin etmək məqsədilə 10 min dram oğurladığı deyilirdi, lakin sonradan məlum oldu ki, bu məbləğ 5 min dram təşkil edib. Zərərçəkən tərəfin çəkdiyi ziyan ödənilsə də, erməni məhkəmələri onu azadlıqdan məhrum ediblər.

Eyni qaydada Sisian məhkəməsində tezləşdirilmiş məhkəmə proseslərinə baxılması və hökm çıxarılması ənənəsi davam edir. Ermənistan Müdafiə Nazirliyinin “N” nömrəli hərbi hissəsinin mühəndis texnikası bölüyünün 2-ci mühəndis yol taqımının leytenant rütbəli komandiri Mikayel Arustamyana qarşı yaşayış yerini tərk etməməklə həbs qərarı çıxarılıb.

Əsgər Tiqran Sahakyana qarşı isə komandanlığın nəzarətinə verilməsi barədə hökm verilib. Cari ilin 16 fevral tarixindən cinayət işinin hələ də məhkəmələrdə olduğu bildirlir. Taqım komandiri leytenant Mikayel Arustamyana qarşı irəli sürülən ittihamda qeyd olunur ki, 2017-ci il 10 dekabrda saat 03:00 radələrində hərbi hissə növbətçisinin köməkçisi olarkən, manqanın kəşfiyyatçı istehkamçısı müddətli xidmət hərbi qulluqçusu Tiqran Sahakyanın mobil telefon saxladığı barədə məlumat aldıqdan sonra, həmin əsgəri bölüyün əşya anbarına çağırıb.

Taqım komandiri əşya anbarında əsgər Tiqran Sahakyandan mobil telefonu verməsini tələb etsə də, əsgər onda telefon olmadığını bildirib. Komandir ona qarşı zorakılıq tətbiq edib, döyərək, təhqiramiz ifadələr işlətməklə ona yüngül bədən xəsarətləri yetirib. Daha sonra komandir tərəfindən yalan danışanın ünvanına söyüşlər edildiyini eşitməklə, deyilənləri öz ünvanına qəbul edən əsgər Tiqran Sahakyan taqım komandiri ilə hesablaşmağa qərara verib.

Hərbçi ağac parçası götürərək, həmin gün saat 21:40 radələrində əşya anbarına getib və taqım komandiri leytenant Mikayel Arustamyanın baş nahiyəsinə zərbə endirməklə sağlamlığına ağır xəsarət yetirrib. Məhkəmə işi başlayanadək hər iki tərəf özlərini günahkar hesab etməklə, vasitəçilərlə ünsiyyət saxlamış məhkəmə işinin tezləşdirilməsini xahiş etiblər.

Hər ikisnin əvvəllər məhkum olunmadığı və müsbət xasiyyətnamə verildiyini məhkəmə nəzərə alıb. Bundan başqa leytenant Mikayel Arustamyan növbədə olarkən əsgər Tiqran Sahakyanın “Odnoklasnik” sosial şəbəkəsindən həmin anda istifadə etdiyini görüb. Taqım komandiri əsgər X.Qaribyanın adından onunla yazışaraq, onu tibb məntəqəsinə dəvət etsə də, Sahakyan gələ bilməyəcəyini qeyd edib. Taqım komandiri əsgərin adından yazmaqla təkid etdikdən sonra, Tiqran Sahakyan tibb məntəqəsinə gəlib və əsgər adından taqım komandirinin yazdığına əmin olub.

Məhkəmə, Mikayel Arustamyana hərbi xidmətdə aylıq məvacibindən 5 % tutulmaqla 1.6 il müddətinə məhdudiyyət haqqında hökm verib, əsgər Tiqran Sahakyan barədə isə 4 il 3 ay müddətinə azadlıqdan mərhumetmə haqqında hökm çıxarılıb. Təyin edilmiş cəzanı şərti hesab etməməklə, 1 il müddətinə sınaq dövrü təyin edilib. Lakin təəssüf hissi ilə qeyd olunur ki, biri əsgər olmaqla, 4 uşaq anası barədə belə bir qərar verilməyib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: