" Yezidilər " sözünə uyğun nəticə tapıldı!

"Yezidilər" - (12 )

Yezidi qadın etiraz etdi: "Hökumət Qarabağ müharibəsində əlil olan oğluma yardım göstərmir"

2017/11/big_df05b51745435345_1509729528.jpg
Oxunub: 3473     01:18     04 Noyabr 2017    
"Hökumət Qarabağ müharibəsində əlil olan oğluma yardım göstərmir".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistanın Armavir (Sərdarabad) vilayətinin Norapat kəndində baş verən yanğın nəticəsində, evsiz qalan 11 ailədən biri də milliyətcə yezidi ailəsidir. 3 nəfərdən ibarət yezidi ailənin başçısı Gülüzar Qasoyandır.

Gülüzar heç kəsin onların problemi ilə maraqlanmadığını, artıq 10 gündən çoxdur ki, açıq havada yaşadıqlarını bildirib. O, Qarabağ müharibəsi zamanı əlil olmuş oğlu ilə yanaşı, 20 yaşlı övladının da xəstə olduğunu qeyd edib.

Ermənistan hökumətinin yezidilərə qarşı laqeyd münasibət göstərdiyini bildirən Gülüzar, yezidilər birliyinin sədri Əziz Tamoyana müraciət etsə də onun müraciətləri nəticəsiz qalıb. Tamoyan, özünün də xəstə oldugunu və müalicə aldığını bildirərək, bu ailəyə kömək etməkdən boyun qaçırıb.

Beləliklə, Ermənistanda sıxışdırılan və təhqirlərə məruz qalan daha bir yezidi ailəsi taleyin ümidinə buraxılıb. Gülüzarın həmkəndliləri, yezidilərə qarşı davam edən ayrıseçkilik fonunda, övladlarını hərbi xidmətə göndərməyəcəklərini bildiriblər.



Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yezidilər   Erməni-ordusu   Hərbi-xidmət   İrqi-ayrıseçkilik