"Yaxın-Şərq" sözünə uyğun 972 nəticə tapıldı!

Tramp yəhudi liderlərinə İranla hərbi münaqişə istəmədiyini bildirib

2019/09/10768-1569659755.jpg
Oxunub: 562     15:35     28 Sentyabr 2019    
Cümə günü Roş-Ha-Şana bayramı (İsraildə yeni ilin gəlməsi münasibətilə keçirilən bayram - red.) münasibətilə Ağ Evdə keçirlən tədbirdə Tramp yəhudi liderlərinə İranla hərbi münaqişə istəmədiyini bildirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, təxminən 13 dəqiqəlik nitqində ABŞ prezidenti iştirak edən 1000-ə yaxın yəhudi icmasının liderlərinə 2018-ci ildə ABŞ-ın İsraildəki səfirliyinin Təl-Əvivdən Qüdsə köçürməsini və bu ilin əvvəlində Colan yüksəkliklərinin İsrail ərazisi kimi tanımasını xartırladıb.

Fars körfəzindəki və Yaxın Şərqdəki gərgin vəziyyətə toxunan ABŞ prezidenti Tehranla hərbi qarşıdurma etmək istəmədiyini söylədi.

“Hərbi qarşıdurma istəmirəm. Biz danışmağı, problemləri müzakirə etməyi təklif etdik. Mən çox təmkinli oldum və ümid edirəm ki, İran da sülhü seçər”, - deyə Tramp qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   İran-İsrail