"Yaralı" sözünə uyğun 807 nəticə tapıldı!

Erməni hərbi qulluqçu qəzaya uğrayıb: Yaralılar var

2019/07/345_1-1564046014.jpg
Oxunub: 923     13:12     25 İyul 2019    
Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu “Volkswagen”lə qəzaya uğrayıb.

Ordu.az erməni KİV-lərinə istindən xəbər verir ki, dünən Ermənistanın Qeğarkunik vilayətində avtoqəza baş verib.

Məlumata görə, saat 19:10 radələrində Cambarak şəhər sakini, 28 yaşlı Q.Hayk idarə etdiyi “Volkswagen Golf” markalı “35 RC 919” nömrəli avtomobillə Cambarak şəhərinin Qardman küçəsində hərəkət zolağından çıxaraq qəzaya uğrayıb.

Bildirilir ki, baş vermiş hadisə nəticəsində sürücü Q.Hayk və onun həmşəhərlisi, 33 yaşlı H.Babken müxtəlif bədən xəsarətləri alaraq Cambarak tibb mərkəzinə yerləşdirilib.

Qeyd olunur ki, sürücü Q.Hayk Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Qəza   Yaralı