" Yanğın " sözünə uyğun nəticə tapıldı!

"Yanğın" - (146 )

Suriyanın İdlib bölgəsindəki düşərgə raket atəşinə tutulub: 12 ölü

2019/11/49827-1574322377.jpg
Oxunub: 857     11:40     21 Noyabr 2019    
Suriyada Bəşər Əsəd rejiminin dəstəklədiyi silahlı qruplaşmalar Hələbin cənub çölündəki Azzam dağında olan mövqelərindən İdlib bölgəsindəki düşərgələrə hücum edib.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, raket hücumları nəticəsində əksəriyyəti uşaq olmaqla 12 dinc sakin öldürülüb, azı 40 nəfər isə yaralanıb.

Məlumata görə, İdlibin mülki müdafiə qrupları bölgədə axtarış-xilasetmə və yanğın söndürmə işlərini davam etdirir. Hücumda çox sayda çadıra ziyan dəyib.

Qeyd olunur ki, raket hücumu nəticəsində yaralananlardan 4 nəfəri Türkiyəyə aparılıb. Yaralılar təcili tibbi yardım xidməti vasitəsilə xəstəxanalara çatdırılıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   İdlib