"Xaçaturov" sözünə uyğun 169 nəticə tapıldı!

Vigen Sarkisyan KTMT katibinin biznesini çökdürür

2017/11/xachaturov-vigen-sargsyan-634x4456456456_1509527037.png
Oxunub: 833     17:04     01 Noyabr 2017    
Ermənistan müdafiə naziri Vigen Sarkisyan, hazırda KTMT katibi postunu tutan sabiq baş qərargah rəisi Yuri Xaçaturovun ordu hesabına əldə etdiyi biznesinə məhdudiyyətlər tətbiq edib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Vigen Sarkisyan Yuri Xaçaturovun erməni ordusunda botinka biznesinə son qoyub.

Məlumata görə, Ermənistan müdafiə nazirliyinin sabiq baş qərargah rəisi general-polkovnik Yuri Xaçaturova aid olan şirkət tərəfindən istehsal edilən botinka manapoliyası uzun illər erməni ordusunu bu istiqamətdə təmin edib.

Hazırda, Sarkisyanın Xaçaturovun biznesini bağlaması, onlar arasında soyuq münasibətlərin yaranmasına səbəb olub. Hətta, Xaçaturovun bu barədə Serj Sarkiyana da öz narahatçılığını bildirdiyi qeyd olunur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-ordusu   KTMT