" Xaçaturov " sözünə uyğun nəticə tapıldı!

"Xaçaturov" - (108 )

Köçəryan və Xaçaturovun cinayət işlərinin ilkin araşdırması başa çatıb - DETALLAR

2019/02/colla-1550298121.jpg
Oxunub: 1369     10:19     16 Fevral 2019    
Robert Koçaryan, Seyran Ohanyan, Armen Qriqoryan və Yuri Xaçaturovla bağlı cinayət işləri məhkəməyə göndərilib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, 2008-ci ilin mart ayının 1-dən 2-nə keçən gecə İrəvan şəhərində baş vermiş hadisələrlə bağlı Ermənistanın xüsusi istintaq xidmətində araşdırılan cinayət işləri ilə bağlı icraatı həyata keçirən orqan Ermənistanın istefada olan prezidenti Robert Köçəryan, SQ-nin Baş Qərargah rəisi vəzifəsini tutmuş Seyran Ohanyan, Müdafiə nazirinin müavini olmuş Yuri Xaçaturov və Ermənistan prezident administrasiyasının rəhbəri vəzifəsini tutmuş Armen Qevorkyanla bağlı ittiham rəyi tərtib edilməsinə və cinayət işlərinin məhkəməyə göndərilməsinə görə iş üzrə əldə edilən dəlillərin kifayət olduğuna dair qərar verib.

Ermənistan Xüsusi İstintaq Xidməti yuxarıda adları qeyd edilən şəxslər barədə ilkin araşdırmanın yekunlaşdığı haqqında açıqlama verib:

- Robert Köçəryan Ermənistan qanunvericiliyinin 2 maddəsi üzrə Ermənistan Respublikasının konstitusiya quruluşunu devirmək və xüsusilə böyük miqdarda rüşvət almaqda ittiham edilir;

- Seyran Ohanyan Ermənistan qanunvericiliyinin 1 maddəsi üzrə Ermənistan Respublikasının konstitusiya quruluşunu devirməkdə ittiham edilir;

- Yuri Xaçaturov Ermənistan qanunvericiliyinin 1 maddəsi üzrə Ermənistan Respublikasının konstitusiya quruluşunu devirməkdə ittiham edilir;

- Armen Qevorkyan Ermənistan qanunvericiliyinin 3 maddəsi üzrə Ermənistan Respublikasının konstitusiya quruluşunu devirməyə dəstək verməkdə və xüsusilə böyük miqdarda rüşvət almaqda, cinayət yolu ilə əldə edilmiş əmlakı qanuniləşdirməkdə ittiham edilir.
İlkin araşdırmanın sona çatması barədə məhkəmə iştirakçılarına məlumat verilib və cinayət işinin materialları ilə tanış olmağa dair onların hüquqları izah olunub.


Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Xaçaturov   Köçəryan   Ohanyan