"Xəstəlik" sözünə uyğun 203 nəticə tapıldı!

Ermənistan MN-in “qaynar xətti”: Gənc çağırışçıların valideynlərini ən çox nə narahat edir?

2019/07/19833-1564488348.jpg
Oxunub: 837     16:43     30 İyul 2019    
““Qaynar xətt” xidmətinə zəng edən valideynlərin böyük əksəriyyəti onların övladının yaxşı müayinə edilmədiyinə əminliyini vurğulayır”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Ermənistan Müdafiə Nazirliyinin insan haqları və rifah mərkəzinin rəisi Alik Avedisyan jurnalistlərə verdiyi müsahibəsində deyib.

Onun sözlərinə görə, aprelin 1-dən etibarən “Mənəm”, “Şərəf duyuram” layihələri və tibbi müayinələr barədə çoxsaylı zənglər daxil olmağa başlayıb.

“Təəsüf ki, bizim hərbi qulluqçular cinayət mədəniyyətini əsas götürərək, yaxud qorxudan özləri şəxsən şikayət etmirlər. Lakin valideynlərdən çox zəng daxil olur. Cari ildə bu zənglərin sayı 18 min təşkil edib. Eyni zamanda bir edilən zənglər nizamnamədənkənar münasibətlərə aiddir”, - deyə Avetisyan bildirib.

O, Meğridəki hərbi hissədə baş verənlərlə əlaqədar danışarkən qeyd edib ki, burada komandanlığın səhlənkarlığı mühüm rol oynayıb.

“Buna görə də müdaxilə edilib, bir sıra əsgərlər başqa xidmət yerlərinə köçürülüb. Qarabağda şəxsən maraqlandım və həmin şəxslər sakit hərbi xidmətini davam edirdilər. Bu, baş verən hadisənin nəticələri digər komandir heyətinə dərs olub. Bəzi edilən zənglərdə isə valideynlər deyirlər ki, hərbi hissələrdə pul toplanılır. Bununla bağlı dərhal tədbir görülür, hərbi hissələrdən birində aşkar edilən fakt üzrə hərbi polis tərəfindən cinayət işi açılıb. Problem və nöqsanları bildirən valideynlərə təşəkkür edirəm. Avtobusun üzərinə edilən hücumu da pisləyərək bunu axmaq vərdiş hesab edirəm. Belə halları törədənlər ciddi cəzalandırılmalıdır”, - deyə Ermənistan MN-in nümayəndəsi vurğulayıb.

Çağırış məntəqəsində jurnalistlərlə baş tutan görüşdə valideynlərdən biri, Qarabağdakı döyüşlərin iştirakçısı, 1-ci qrup əlil olan Arqam Mkrtçyan oğlunu Qarabağa göndərməməyi xahiş etsə də fayda vermədiyi qeyd edilir.

Xatırladaq ki, çağırışla bağlı şikayət zəngələrindən 33 hal məhdudiyyətlə bağlı hərbi xidmətə aid olub. Müayinədən sonra çağırışçının malik olduğu xəstəliklə müqayisədə daha yüngül diaqnoz qoyulduğu bildirilir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: