"Xərclər" sözünə uyğun 664 nəticə tapıldı!

Cənubi Koreya prezidenti Trampla danışıqlarda müdafiə xərclərini “məqbul” bölüşməyi vəd edib

2019/09/optim-1569322017.jpg
Oxunub: 1511     17:46     24 Sentyabr 2019    
Cənubi Koreya prezidenti Mun Ce Koreya yarımadasında təhlükəsizliyin təmin edilməsi üçün ABŞ-la müdafiə xərclərinin “məqbul və ədalətli” bölüşdürülməsinə razılıq verib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Cənubi Koreya prezidenti Trampla görüşü zamanı bildirib.

Mun Ce görüş zamanı Cənubi Koreyanın milli müdafiəyə, ABŞ-dan silahlarının alınmasına və Koreya yarımadasında təhlükəsizliyin təmin edilməsinə sərf etdiyi xərclərin artırılmasından danışıb.

O, ABŞ prezidentinə bildirib ki, Seul yaxın üç ildə ABŞ-dan daha çox silah almaq niyyətindədir.

Məlumata görə, prezidentlər Şimali Koreyaya qarşı hərbi güc tətbiq edilməməsi və Şimali Koreya xalqına daha yaxşı bir gələcək vermək üzrə götürdükləri öhdəlikləri bir daha təsdiqləyiblər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Koreya   ABŞ   Hərbi-xərclər