"XİX" sözünə uyğun 64 nəticə tapıldı!

XİX Paşinyan və Osipyanın dindirilməsini rədd etdi

2019/03/nikol-1553683196.jpg
Oxunub: 526     14:38     27 Mart 2019    
Ermənistanın Xüsusi İstintaq Xidməti Daxili Qoşunların sabiq komandanı Levon Yeranosyana qarşı məxməri inqilab günlərində xalqa qarşı xüsusi vasitələr tətbiq edilməsinə görə ittiham irəli sürüb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Levon Yeranosyanın belə bir səlahiyyəti olmadığına baxmayaraq, şəxsən 8 ədəd səs qumbarası atmaqla insanlara xəsarət yetirdiyi iddia edilir.

Erməni mətbuatının əldə etdiyi məlumata əsasən, Levon Yeranosyanın vəkili Nikol Paşinyanın və Ermənistan polisinin rəisi Valeri Osipyanın dindirilməsinə dair vəsadət qaldırsa da, bu, Xüsusi İstintaq Xidməti tərəfindən rədd edilib.

İlkin araşdırma zamanı isə Levon Yeranosyan təkid edib ki, onun fəaliyyəti qanun çərçivəsində olub.

“Joğovurd” qəzetinin əməkdaşı bu məsələ ilə bağlı Valeri Osipyanla əlaqə saxlayıb. Osipyan qeyd edib ki, baş verənləri xatırlamır: “Qoşunların köməyə gəlməsi qanunidir. Lakin sonradan nə baş verib, daha doğrusu kim nə tətbiq edib xatırlamıram”

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Osipyan   XİX