"Vardanov" sözünə uyğun 14 nəticə tapıldı!

Erməni kəşfiyyatçı: "Rusiya Azərbaycana bizdən 500 dəfə çox silah verir"

2018/01/Vova-Vartanov324324_151344360623432_1516008027.jpg
Oxunub: 4017     17:30     15 Yanvar 2018    
"Rusiya Azərbaycana bizdən 500 dəfə çox silah verir. Hazırda bizə nə qədər versələr də, həmin balans pozulmayacaq".

Ordu.az xəbər verir ki, bu barədə Lragir.am saytına müsahibəsində Ermənistanda ilk kəşfiyyat-diversiya dəstəsini yaradan, hərbi ekspert Vova Vartanov bildirib.

Vova Vardanov Rusiyanın Azərbaycana Ermənistan daha çox silah satdığını bildirib: "Onlar balansı saxladıqlarını bildirirlər. Lakin həqiqətdə Rusiya Azərbaycana bizdən 500 dəfə çox silah verir Hazırda bizə nə qədər versələr də, həmin balans pozulmayacaq".

Erməni ekspertin sözlərinə görə, Rusiya tərəfindən Azərbaycana təchiz edilən çoxsaylı silah səbəbindən, Ermənistan Rusiya ilə 100 milyon dollar dəyərində kredit sazişi imzalayıb.

"Biz bu alışları etməyə məcbur olmuşuq. Mən inanmıram ki, ruslar bizə silahı aşağı qiymətdə satsınlar, lakin azərbaycanlılara nisbətdə bir az ucuz verirlər. Azərbaycan böyük miqdarda silah alır və biz də ən azı yenidən silah almaqla cavab vermək məcburiyyətindəyik. Bizə bu silahlar borcla verilir və burada böyük sual yaranır. Biz nə vaxtsa həmin borcu verə biləcəyik, yoxsa yox?", - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-Rusiya   Silah   Kredit