"Valday" sözünə uyğun 57 nəticə tapıldı!

“KXDR-ə qarşı sanksiyaları sərtləşdirmək faydasızdır” - İqor Morqunov

2017/11/7eb4c117cd469ac91f5f9e8b609f1234234_1511768231.jpg
Oxunub: 1039     15:37     27 Noyabr 2017    
“Pxenyana qarşı sanksiyaların sərtləşdirilməsi KXDR-də humanitar böhrana səbəb olacaq və Şimali Koreya problemini həll etməyəcək”.

Ordu.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini İqor Morqunov Seula səfəri çərçivəsində “Valday” diskussiya klubunun sessiyasında bəyan edib.

“Hesab etmirəm ki, təsirin gücləndirilməsi bu siyasətin müəlliflərinin ümid etdikləri nəticələrə səbəb olacaq. Əminəm ki, KXDR-in qarşısında nüvə silahı və raket proqramından imtina məqsədi qoyulsa, bu, şimali koreyalıların imtina etdikləri son şey olacaq”, - deyə Morqunov bildirib.

Diplomat KXDR-in “sakitlik rejimi”nə əməl edəcəyinə və yeni raket zərbələri həyata keçirməyəcəklərinə ümidvar olduğunu qeyd edib.

Daha öncə Morqunov Koreya yarımadasında vəziyyyətin “qiyamət” sonluğunu istisna etmədən Vaşinqtonla Pxenyanı “nəfəs dərməyə” və danışıqlara başlamağa səsləyib.

Onun fikrincə, bu, ABŞ və KXDR arasında münasibətləri təhlükəli uçurumdan uzaqlaşdırmağa imkan verəcək.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   Rusiya   ABŞ