"Vaşinqton" sözünə uyğun 1220 nəticə tapıldı!

Polşaya daha çox ABŞ əsgəri göndərilir

2019/09/image-1569579587.jpg
Oxunub: 589     15:43     27 Sentyabr 2019    
Polşa hakimiyyəti əlavə olaraq 1000 ABŞ əsgərini ölkədə qəbul etməyə hazırlaşır.

Xəbər verdiyimiz kimi, bu barədə ABŞ Prezidenti Donald Tramp və Polşa Prezidenti Andrzej Duda arasında müqavilə imzalanıb.

"Polşada ABŞ qoşunlarının olması üçün müvafiq şəraitin yaradılması ilə əlaqədar dərhal işə başlamağa hazırıq" - deyə Polşa Müdafiə naziri Mariusz Blaszczak da amerikalı əsgərlərinin yerləşəcəyi ordu bölmələrinin rəhbərliyinə səfəri zamanı bildirib.

Tramp və Duda arasında imzalanan müqaviləyə əsasən, ABŞ-ın Polşada olan qoşunlarının ümumi sayı, təxminən 5500-ə qədər artacaq və Vaşinqtonun hərbi iştirakı "daimi" hesab olunacaq.

Nyu-Yorkda BMT 74-cü Baş Assambleyasının iclasında Duda ilə görüşdə Tramp, Polşaya əlavə 1000 amerikalı əsgərin digər Avropa ölkələrindən göndəriləcəyini bildirib.

Məsələ ilə bağlı detallar növbəti həftələrdə dəqiqləşdiriləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Polşa   ABŞ