"Vağarşak-Harutyunyan" sözünə uyğun 43 nəticə tapıldı!

Harutyunyan və Köçəryan arasında mübahisə “Meğri planı”na görə olub? – DETALLAR

2019/09/02-9-1567421734.jpg
Oxunub: 791     20:53     02 Sentyabr 2019    
“Aprel döyüşlərində nəyin baş verdiyini və hansı nöqsanların olduğu məlumdur. İstənilən nöqsanın arxasında rütbə daşıyan vəzifəli şəxs durur və bu insanlarla davranış tərzinin yol verdiyi səhlənkarlıq səviyyəsindən və onun nəticələrindən asılı olmalıdır”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistanın sabiq Müdafiə naziri Vağarşak Harutyunyan bildirib.

17 ildən sonra Paşinyanın təqdimatı, prezident Armen Sarkisyanın əmri ilə “general-leytenant” hərbi rütbəsinin bərpa olunmasına münasibət bildirən Harutyunyan qeyd edib ki, bəzən zaman yetişəndə rütbənin təsiri prinsipiallıq məsələsindən o qədər də vacib əhəmiyyət daşımır.

“Hərbi rütbədən məhrum edilməyim mənə ağır təsir bağışlamadı. 17 il əvvəl itirdiyim hərbi rütbəm müvafiq hüquqi əsaslarla bərpa edilib. Köçəryanla hər hansı ziddiyətim olmayıb. Meğri variantının müzakirə olunduğu Sədərək görüşündən qayıtdıqdan sonra aramızda fikir ayrılığı baş verib. Köçəryan məni iş otağına çağıraraq, bunun yaxşı variant olduğunu izah etməyə çalışıb. Köçəryana cavabımda bu variantın Ermənistanın maraqlarına cavab vermədiyini bildirimişəm. Onunla aramızdakı bu söhbət 1999-cu ilin avqust ayında baş verib” - deyə Harutyunyan bildirib.

O, digər fikir ayrılığının isə dövlət qurumuna silahlı basqın edilən 27 oktyabr tarixində baş verdiyini qeyd edir: “Həmin silahlı basqın zamanı Baş nazir, parlament sədri və digər vəzifəli şəxslər qətlə yetirilmişdi. Yəni bu dövlətə qarşı təhdid idi. Vəziyyəti qiymətləndirib, prezidenti xəbərdar etməklə şəhərə qoşun yeridilməsini qərara aldım. Bu silahlı dəstənin parlamentə girmə imkanı olubsa, bu o deməkdir ki, təhlükəsizlik sistemində boşluqlar var və qoşun yeridilməsində məqsəd sonrakı hadisələrin inkişafının qarşısını almaq idi”.

Onun sözlərinə görə, bu qərar Koçaryanın narazılığına səbəb olub və terror hadisəsinin baş verməsi və qoşunun şəhərə yeridilməməsində təkid edən Koçaryan bu qərarını heç bir şeylə əsaslandıra bilməyib.

Harutyunyan qeyd edib ki, qoşunun şəhərə yeridilməsinə dair qərar verərkən müavini Abrahamyan və Martirosyana parlamentin mühasirəyə alındığı barədə Nayiri Hunanyanın məlumatlandırılması barədə təlimat verib. Hunanyanın isə yalnız bir seçimi, yəni onun təslim olmağa imkanının olduğunu bildiriblər. Hunanyan cavabında ordunun burda nə işi var, deyə sual edib. Daha sonra, Harutyunyan ordunun müdaxilə etməyəcəyi, kadr heyəti zabitlərin isə Ali Baş Komandanın əmrlərini icra edəcəklərinə dair vəd verdiklərini bildirib.

Harutyunyan bundan sonra Koçaryanla aralarında işgüzar konfliklərin baş verdiyini deyib. Vəzifədən uzaqlaşdırılan Harutyunyan bildirir ki, rütbədən məhrum edilməsində əsas məqsəd onu cəzalandırılmaq olub.

Harutyunyan Leninqrad şəhərində xidmət etdiyini, 1998-ci ilin oktyabr ayında Baş nazir Vazgen Manukyanla görüşdüyünü və ona Silahlı Qüvvələrə rəhbərlik edilməsinin təklif edildiyini bildirib. Həmin dövrdə Silahlı Qüvvələrə Vazgen Sarkisyan rəhbərlik edirdi.

O, aprel döyüşlərinin detallarını araşdıran istintaq komissiyasının tərkibində iştirak etməyi komissiya sədri Andranik Koçaryanın ona təklif etdiyini və buna razılaşdığını qeyd edib.

“Aprel döyüşlərində nəyin baş verdiyini və hansı nöqsanların olduğu məlumdur. İstənilən nöqsanın arxasında rütbə daşıyan vəzifəli şəxs durur və bu insanlarla davranış tərzinin yol verdiyi səhlənkarlıq səviyyəsindən və onun nəticələrindən asılı olmalıdır. Tabor komandiri səhlənkarlığa yol vermiş ola bilər, lakin onun bu əmri kimdən aldığı müəyyən edilməli və hadisələr ətrafında araşdırmalar aparılmalıdır”, - deyə Harutyunyan sözlərini yekunlaşdırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Aprel-döyüşləri   Harutyunyan   Köçəryan   Meğri