"Ukrayna" sözünə uyğun 1537 nəticə tapıldı!

NATO-ya məxsus iki hərbi gəmi Qara dənizə daxil olub

2019/07/orig--1562132812.jpg
Oxunub: 484     10:12     03 İyul 2019    
NATO-nun gəmiləri “Sea Breeze-2019” təlimlərində iştirak etmək üçün Ukraynaya yollanıblar.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Böyük Britaniyanın “HMS Duncan” esminesi və Kanadanın “HMCS Toronto” freqatı Mərmərə dənizini keçərək Qara dənizə daxil olub.

Bildirilir ki, gəmilər “Sea Breeze-2019” təlimlərində iştirak etmək üçün Ukraynaya yollanıb.

Qeyd edək ki, “Sea Breeze 2019” hərbi-dəniz təlimləri iyulun 1-i start götürüb.

Təlimlərdə 19 ölkənin 32 gəmisi və 24 təyyarəsi iştirak edəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Ukrayna   Qara-dəniz   SeaBreeze-2019   HMCSToronto   HMSDuncan