"Uşaq" sözünə uyğun 597 nəticə tapıldı!

Kabildə terror aktı nəticəsində 50 uşaq yaralanıb

2019/07/AP_17-1561982066.jpg
Oxunub: 544     19:51     01 İyul 2019    
Əfqanıstanın paytaxtı Kabildə törədilmiş partlayış nəticəsində azı 50 uşaq yaralanıb.

Ordu.az xəbər verir ki, bu barədə Əfqanıstan Təhsil Nazirliyi məlumat yayıb.

Məlumata görə, terror aktı nəticəsində 50 uşaq yaralanıb.

Bildirilir ki, hücumda iştirak edən terrorçuların zərərsizləşdirilməsi üzrə əməliyyat davam edir. Onların hadisə yerindəki binalardan birində gizləndikləri bildirilir.

Qeyd edək ki, minalanmış avtomobil paytaxtın diplomatik məhəlləsində partladılıb. Həmin ərazidə Əfqanıstan Milli Müdafiə Nazirliyinin obyektlərindən biri yerləşir.

Terror aktının məsuliyyətini “Taliban” hərəkatı üzərinə götürüb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əfqanıstan   Uşaq   Terror