" Uşaq " sözünə uyğun nəticə tapıldı!

"Uşaq" - (399 )

Erməni politoloq: “Paşinyan güc strukturlarının ləkələnməsini davam etdirir”

2019/09/00-33-1568712180.jpg
Oxunub: 1077     20:21     30 Yanvar 2020    
“Paşinyan güc strukturlarının ləkələnməsini davam etdirir”.

Ordu.az xəbər verir ki, bunu erməni politoloq Qaqik Hambaryan öz “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, yanvarın 28-də İrəvanda baş vermiş müxalif baxışları olan xadimlərin həbs olunması və onların dərhal azad edilməsi oyunbazlığa bənzəyirdi.

“Lakin, əslində, bütün bunlar qəsdən və məqsədli şəkildə edilir: Ermənistan Baş naziri Nikol Paşinyan güc strukturlarının - Milli Təhlükəsizlik Xidməti və Ermənistan Polisinin ləkələnməsi siyasətini cəmiyyətin gözlərində önə çəkir. Əvvəlcə o, bu strukturların xarizmatik rəhbərlərindən - böyük rəğbət bəslənilən Artur Vanetsyan və Valeri Osipyandan qurtuldu. Sonra Osipyanın ləkələnməsi prosesinə başladı. “Sasna Tsrer”in məhkəmə iclası zamanı müttəhimlərdən biri Ermənistanın polis rəisini uşaq adlandıranda və bunun üçün cəzalandırılmayanda Osipyanı “korlanmağa” başladılar”, - deyə Hambaryan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan   Xaos