"Toy" sözünə uyğun 109 nəticə tapıldı!

Ermənistanda baş verən yol qəzasında iki qardaş hərbçi öldü - DETALLAR

2019/05/15002-1556865392.jpg
Oxunub: 1461     10:34     03 May 2019    
Ermənistanın Sünik vilayətində "Toyota Vitz" və "Kаmaz" markalı avtomobillərin toqquşması nəticəsində baş verən ağır yol qəzasında müqaviləli hərbi qulluqçulardan biri yerində, digəri xəstəxanada ölüb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, hadisə, dünən saat 23:40 radələrində Sünik vilayətinin İrəvan-Yerasx-Meğri İran İslam Respublikası dövlətlərarası magistral yolunda, Meğri şəhər sakini, 25 yaşlı Armen Aharonyanın idarə etdiyi "Toyota Vitz" markalı avtomobil və Sisyan şəhər sakini 33 yaşlı Narek Tatosyanın idarə etdiyi "Kamaz" markalı avtomobillərin toqquşması nəticəsində baş verib.

Hadisə yerindən erməni KİV-lərinin verdiyi məlumata əsasən, toqquşma nəticəsində hər iki avtomobil yolun hərəkət hissəsindən çıxaraq, dərəyə yuvarlanıb. Qəza nəticəsində Armen Aharonyan hadisə yerində, L. Aharonyan isə təxliyyə edildiyi Meğri şəhər xəstəxanasında ölüb.

Hadisə yerinə xilasedicilər cəlb edilib.

Məlumata görə, ölənlər doğma qardaş olublar. Onların hər ikisi Ermənistan Müdafiə Nazirliyinin "N" nömrəli hərbi hissəsinin müqaviləli hərbi xidmət hərbi qulluqçuları olub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Ölüm