"Tank-mərmiləri" sözünə uyğun 94 nəticə tapıldı!

Azərbaycanda istehsal ediləcək yeni hərbi məhsullar

2019/03/bf6f8-1551767350.jpg
Oxunub: 2025     10:28     05 Mart 2019    
Azərbaycanın 2018-ci ildə müdafiə sənayesi üzrə əldə etdiyi nəticələr məlum olub.

Ordu.az xəbər verir ki, Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqda hesabatına bildirilir ki, ötən il müdafiə təyinatlı məmulat üzrə yaradılma işlərinin aparılması üçün 103 adda mövzu üzrə təcrübi-konstruktor işləri görülüb, 2 adda məmulatın yaradılma işləri tam başa çatdırılıb və silahlanmaya tövsiyə olunub.

Bundan başqa, xüsusi təyinatlı hücum pulemyotunun, tüfəng mərmiləri üçün 100 ədəd tutumu olan mərmi qutusu və mərmi lentlərinin seriyalı istehsalı təşkil edilib: “İki adda avtomat silahının, 2 növ zirehdələn-yandırıcı izburaxan gülləli mərmilərin ixtisaslaşma sınaqlarına başlanılıb və seriyalı istehsalı təşkil ediləcək. Habelə, 2 növ top üçün qəlpəli-fuqas mərmili atəş yığımı, iriçaplı pulemyotlar və top üçün 3 adda lülənin istehsalat hazırlığı işləri başa çatdırılıb”.

Qeyd olunub ki, hazırda müdafiə sənayesi müəssisələrində istehsalı mənimsənilmiş müdafiə təyinatlı məmulatların və onların ehtiyat hissələrinin çeşidlərinin saytı 1200-dən çoxdur: “2019-cu ildə qəlpəli fuqaslı yandırıcı gülləli mərmilər, qumbaraatanlar üçün 4 növ qumbaralı atəş yığımları, snayper tüfəngi, xüsusi təyinatlılar üçün patrul maşını, zirehdələn-yandırıcı-izburaxan gülləli mərmilər, müxtəlif növ döyüş sursatları, artilleriya və tank topları üçün mərmilərin gövdələri və gilizləri, avtomatik topun istehsalı mümkün olacaq”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Hərbi-Məhsullar