"Təqdimat" sözünə uyğun 236 nəticə tapıldı!

İran “Xordad-15” adlı yeni raket sisteminin təqdimatını keçirib

2019/06/15601-1560146288.jpg
Oxunub: 747     10:12     10 İyun 2019    
İran İslam Respublikası “Xordad-15” adlı yeni hava hücumundan müdafiə kompleksini təqdim edib.

Ordu.az İran KİV-lərinə istinadən xəbər verir ki, “Xordad-15” havadan müdafiə sistemi eyni vaxtda 6 hədəfi izləyərək vura bilər.

İranın Müdafiə naziri general Əmir Hatəminin sözlərinə görə, müasir kompleks iranlı mütəxəssislər tərəfindən hazırlanıb.

“Bu sistem 150 kilometrdən qırıcı və 120 kilometrdən pilotsuz təyyarələri məhvetmə qabiliyyətinə malikdir.

Bundan başqa, 85 kilometrdən gizli hədəfləri aşkarlaya və məhv edə bilir”, - deyə Hatəmi bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   15-xordad