"Təminat" sözünə uyğun 685 nəticə tapıldı!

Rusiya qurudan atılan “Kalibri” bu ilin sonuna kimi əldə edə bilər

2019/02/12140-1549536842.jpg
Oxunub: 382     15:04     07 Fevral 2019    
Rusiya bu ilin sonuna qədər “Kalibr” qanadlı raket sisteminin qurudan atılan versiyasını ərsəyə gətirə bilər.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin raket inşası sənayesindən olan etibarlı mənbə bildirib.

“Qanadlı raketlə silahlanmış quru əsaslı “Kalibr” sistemi bu ilin sonuna qədər ərsəyə gətirilə və seriyalı istehsal üçün hazırlana bilər”, - deyə mənbə ifadə edib.

Mənbənin sözlərinə görə, raket sisteminin bu versiyasının inşası uzaqmənzilli “Kalibr” raketinin istehsalı kimi uzun müddət tələb etmir. Raketi qurudan atılan versiyada istifadə üçün sadəcə onun idarəetmə sistemində bir sıra dəyişiklik etmək və proqram təminatını yenisi ilə əvəzləmək lazımdır.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Kalibr