" Təlim " sözünə uyğun nəticə tapıldı!

"Təlim" - (2284 )

Orduda asudə vaxt səmərəli təşkil edilir

2020/02/59d41-1580539434.jpg
Oxunub: 1780     15:40     01 Fevral 2020    
Azərbaycan Ordusunda, o cümlədən cəbhə xəttində yerləşən bütün hərbi hissələrimizdə şəxsi heyətin asudə vaxtının səmərəli təşkili məqsədilə hərtərəfli şərait yaradılıb. İdeoloji otaqlar və oradakı kütləvi informasiya vasitələrinə aid edilən mətbu nümunələri, televizor avadanlıqları, zəngin ədəbiyyatlarla təmin olunan kibabxanalar şəxsi heyətin istifadəsindədir. Hərbi hissələrimizdə mütəmadi olaraq Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivlərinin şəxsi heyətinin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə konsert proqramları təşkil olunur.

"N" hərbi hissəsinin zabit və əsgərləri öz vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, istər fiziki, istərsə də mənəvi-psixoloji hazırlıqlarının yüksək səviyyəsinə görə hərbi hissəyə həmişə uğur qazandırırlar. Hərbi hissədə olan səliqə-sahman, nizam-intizam, idman və təlim meydançasındakı əsgərlərin çevikliyi bizdə qürur və fərəh hissi doğurur. Burada əsgər və zabitlərin verilən tapşırıqlara necə tələbkarlıqla yanaşdığının şahidi oluruq. Digər hərbi hissələrimizdə olduğu kimi, burada da şəxsi heyətin asudə vaxtının səmərəli təşkilinə xüsusi diqqət yetirilir.

Hərbi hissənin zabiti Rail Ağayev əsgərlərin mənəvi-psixoloji hazırlığında asudə vaxtın səmərəli keçirilməsinin mühüm ideoloji vasitə olduğunu dedi: "Əsgərlərimiz asudə vaxtlarında daha çox ideoloji otaqlarda yaradılan əyani vasitələrdən istifadə edirlər. Məsələn, onlar qəzet və jurnal oxuyur, maraqlı televiziya verilişlərini izləyirlər. Əsgərlər şahmat və dama oynayır, sənədli və bədii kitablar oxumaqla da istirahət vaxtlarını səmərəli keçirirlər. Bütün bunlar şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksək olmasına öz müsbət təsirini göstərir. Qeyd edim ki, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə hərbi hissəmizdə keçirilən bütün konsert proqramları şəxsi heyət tərəfindən maraqla qarşılanır. Onlarda ruh yüksəkliyi yaradır.”

Asudə vaxtlarda Azərbaycanın Milli qəhrəmanlarının şərəfli döyüş yolundan bəhs edən filmlərin və xalqımızın qan yaddaşına həsr edilən video-çarxların şəxsi heyətə nümayiş olunduğunu deyən zabit onu da bildirdi ki, bu mövzular ətrafında aparılan söhbətlər əsgərlərin intellektual səviyyələrinin daha da yüksəlməsində mühüm rol oynayır. Əsgərlər stolüstü idman oyunlarına daha çox üstünlük verirlər. Bu da onların idman vərdişlərinin davamlı olduğunu göstərir. Bir sözlə, hərbi hissəmizdə əsgərlərin asudə vaxtları onların ürəyincə təşkil olunur.

Əsgərlər Xalid Salmanlı, Əfqan Axundov, Səbuhi Fərzəliyev, İbrahim Şahverdiyev, Əfsun Dədəliyev, Əli Hüseynov və başqaları bildirdilər ki, onları asudə vaxtdan çox Böyük Qələbə düşündürür.

Lalə Hüseynova, "Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: