"Təlim" sözünə uyğun 3273 nəticə tapıldı!

Rumıniyada NATO-nun “Steadfast Cobalt 2019” təlimləri başlayıb

2019/05/3_huh-1558351149.jpg
Oxunub: 283     15:47     20 May 2019    
Rumıniya Müdafiə Nazirliyinin məlumatına əsasən, ölkədə NATO-nun informatika və kommunikasiya sahəsində ən böyük təlimləri hesab olunan “Steadfast Cobalt 2019” təlimləri başlayıb.

Ordu.az xəbər verir ki, təlimlər Otopeni şəhərində yerləşən Strateji kommunikasiyalar və informatika mərkəzində keçirilir.

Təlimlərdə ümumi olaraq NATO-nun 35 birləşməsindən 1200 hərbiçi iştirak edir.

C4İSR kommunikasiya sistemini yoxlanılaraq, test və attestasiya ediləcək.

“Steadfast Cobalt 2019” təlimlərində əsas məqsəd NATO-nun əməliyyatlarında beynəlxalq dəstəyin hazırlanması, insan və texniki resursların qarşılıqlı uyğunluğunu təmin etməkdir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   C4İSR   Steadfast-Cobalt-2019