"Təhlükəsizlik-Şurası" sözünə uyğun 945 nəticə tapıldı!

Paşinyanın ikinci “Qırmızı kartı”

2019/10/_1036-1571126533.jpg
Oxunub: 450     15:01     15 Oktyabr 2019    
Vitali Balansanyan Vanetsyandan sonra Paşinyana “icazə verməyəcəyik, dur” deyən ikinci şəxs olub. Balasanyanın fikirləri sırf dərin kodlaşdırılmış mövqedir. Ancaq bu gün mövzumuz yalnız “Vito” dur.

Balasanyanın düşüncələri “ürək”dən gələn kodlaşdırma olduğundan, əlbəttə ki, təxribat görünməz bir şəkildə işləyəcək, baxmayaraq ki, o, çox şeyin uçacağı qədər güclü bir “Overton pəncərəsi” açıb.

“Vitali Balasanyanın da oradan “uçuş” edəcəyi istisna edilmir, çünki ilk əvvəlcə o özü buradan şüurlu şəkildə yola çıxıb. Yəni, artıq Ermənistan Milli Təhlükəsizlik Xidmətinin “ədaləti” deyə dedikləri mövcuddur. Fasilə verək,polis alayı binasını işğal etmək üçün “Sasna Tsrer”i azad edən “ədalət”, üç polisin öldürülməsinin amansız yükünü daşıyaraq indi Vitalini “məsuliyyət” daşımağa çağırmağa çalışır”, - deyə erməni jurnalist Karmen Davtyan bildirib.

Diqqət edin, yalnzı Balasanyanın düşüncələri kodlaşdırılmış deyil, onun ardınca gələcək fəaliyyətlər də daha qapalı kodlaşdırılmış olacaq. Çünki bu həmin Nikol Paşinyanın kənardan güclü görünən “məxməri” inqilab hökumətinin büdrəmə enerjisi olacaq.

“Bizim bu əminliyimiz haradan yaranıb. Məsələ burasındadır ki, hələlik öz davamını tapmayan və tapmadığı halda Vanetsyanın yarı yolda qala biləcəyinə səbəb ola biləcək, yarımçıq fikirlərindən fərqli olaraq, Vitali Balasanyan, Nikol Paşinyana üfüqlərdəki mövqeyini deyil, birbaşa baxışlarını ünvanlayıb. Vitali Balasanyan bildirib ki, Paşinyanın feyk fabrikaları və istehsal müəssisələri, xüsusilə də orduda xidmət etməyən hakimiyyətin Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan kimi məmurlarla heç vaxt qalib gələ bilməz”, - deyə jurnalist qeyd edib.

İlk dəfə Balasanyanın simasında birbaşa Paşinyanın üzünə iddia irəli sürülüb. Paşinyan bunun altından çıxa bilməyəcək. Üstəlik, bu atışma getdikcə dərinləşəcək. Çünki Balasanyanın səsləndirdiyi düşüncələrə qarşı heç bir arqumenti olmadığından, Balasanyanın “əks zərbələri” çox yaxşı hesablanıb.

“Belə ki, Siz, cənab Paşinyan, Qarabağ məsələsi ilə bağlı heç bir baxışlarınızı təqdim etməmisiniz. Qarabağla bağlı heç bir sənəd təqdim etməmisiniz. Siz, cənab Nikol, liftdə olarkən Əliyevdən sənədlər götürmüsünüz, sizi buna görə liftə soxublar. Siz, cənab Nikol, çox şüurlu şəkildə Qarabağı vilayət hesab edirsiziniz. Cənab Nikol, siz Qarabağın vilayət, namizədinizin isə Qarabağ vilayət rəhbəri olmasından ibarət olan öz baxışlarınızı həyata keçirmək üçün Qarabağdakı “seçkilər”də öz namizədini yerləşdirməyə çalışırsınız. İndi, məni olduqca diqqətli dinləyin.

Siz, cənab Nikol, həmçinin bu yaxınlarda Balasanyan kimilərinə qarşı həyata keçirmək üçün inqilabın “B” planının hazırlanması üzrə hamıya nümayişkarcasına və hamıya təhdidlə həmin əlaqəni legitimləşdirməklə görüşdüyünüz “Sasna Tsrer”lə daim əlaqədə olmusunuz.

“A” planı isə “Sasna Tsrer”lə birgə hazırlanmış, polis alayının ələ keçirilməsi zamanı sən tərəfindən xalqı toqquşmalara aparmaq olub, amma ikinci “1 Mart” hadisəsinin baş verməməsi üçün buna yol verilmədi.

Deyirlər ki, üzə çıxan bir şey yoxdursa, heç nə yoxdur. Həqiqəti tanımağa davam edin və bu sizi azad edəcək.

“Vito” həqiqəti dedi. Belə çıxır ki, bu, tezliklə azadlığa çıxacağımız deməkdir”, deyə Davtyan məqaləsində qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Balasanyan   Paşinyan