"Suriya-böhranı" sözünə uyğun 342 nəticə tapıldı!

“Rusiya və ABŞ arasındakı müharibə bəşəriyyət üçün fəlakət olacaq” - Lavrov

2018/12/10553-1545652353.jpg
Oxunub: 1041     16:14     24 Dekabr 2018    
“Düşünürəm ki, hər kəs bunu yaxşı başa düşür. İki nüvə qüvvəsini, ABŞ və Rusiyanı ehtiva edən silahlı müharibə bəşəriyyət üçün fəlakət olacaq. Şübhə yoxdur ki, nüvə müharibəsinin qazananı olmayacaq, ona görə də o, heç vaxt başlamamalıdır”.

Ordu.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov “Sputnik News” agentliyinə verdiyi müsahibəsi zamanı deyib.

Nazir müsahibə zamanı Moskvanın ABŞ-ın nüvə müqaviləsindən çəkilməsinə verəcəyi reaksiya, Rusiya və ABŞ arasındakı potensial münaqişənin nələrə səbəb ola biləcəyi, Ukraynadakı prezident seçkiləri, KXDR və Suriyadakı vəziyyət barəsində suallara cavab verib.

Lavrov qeyd edib ki, Rusiya ABŞ-la diplomatik və dostcasına danışıqlar etməyə çalışır, lakin ABŞ-ın iqtisadi, siyasi, hərbi və digər vasitələrlə Rusiyaya təzyiq etməyə çalışması bunu çətinləşdirir.

“Fəlsəfi olaraq ifadə etsək, bizim əsas problemimiz odur ki, ABŞ Rusiyanı siyasi bir quruluş olaraq tanımır, Rusiya onun üçün sadəcə bir obyektdir”, - deyə o, bildirib.

Nazir Rusiyanın bütün digər ölkələr kimi nüvə böhranına səbəb olmaq istəmədiyini, lakin ABŞ belə bir müharibəyə başlayarsa, bunu cavabsız qoymayacaqlarını qeyd edib.

Ukraynadakı seçkilər barəsində şərh bildirərkən Lavrov bunun ölkənin daxili məsələsi olduğunu, Rusiyanın yeganə narahatlığının ölkədə genişlənməkdə olan Rusiya fobiyası olduğunu bildirib. O KXDR-dəki vəziyyətdən danışarkən, sanksiyaların effektiv olacağını düşündüyünü, lakin Pxenyanın hələ ki heç bir konstruktiv addım atmadığını bildirib.

Son olaraq Suriya məsələsinə münasibətini bildirən diplomat qeyd edib ki, Rusiya Astana danışıqları çərçivəsində Suriya məsələsi üzrə Türkiyə və İranla əməkdaşlıq etməyə davam edir. “Biz, qarantyor ölkələr, həm vəziyyətin həllinə töhfə verməli, həm də razılaşmaların həyata keçirilməsini təmin etməliyik”, - deyə o, əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Rusiya