"Sualtı-robot" sözünə uyğun 29 nəticə tapıldı!

Türkiyədə gəmi əleyhinə qatil dronlar hazırlanıb - VİDEO

2018/05/received_1173279449481668_1526145834.png
Oxunub: 6922     01:24     13 May 2018    
Türkiyədə hətta aviadaşıcıyıları məhv etməyə qadir sualtı dronlar hazırlanıb.

Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu barədə dronların istehsalını həyata keçirən “Albayraklar Group” nəşri məlumat yayıb.

Məlumata görə, dron dəniz skatından heç nə ilə fərqlənmir və sualtı robotun aşkarlanması demək olar ki, mümkünsüzdür.

Cəmi bir neçə dron aviadaşıyıcıya yapışmaqla onu asanlıqla batıra bilər. Bu aparatlar iki kamera və müxtəlif dəniz canlılarından özünümüdafiə sistemi ilə təchiz edilib. Dronların həmçinin kəşfiyyat üçün istifadə edilməsi də mümkündür.

Qeyd edək ki, dronların təqdimatının cari ilin iyun ayının 12-də keçirilməsi planlaşdırılır.


Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Albayraklar-Group