" Silahlı-Qruplaşma " sözünə uyğun nəticə tapıldı!

"Silahlı-Qruplaşma" - (7077 )

Erməni deputat: “Yuri Xaçaturov komissiyanın iclasına gəlməsə, növbəti ciddi addımlar olacaq”

2020/03/31311-1585470760.jpg
Oxunub: 877     12:29     30 Mart 2020    
Ermənistan Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi Yuri Xaçaturov 2016-cı ilin Aprel döyüşlərini araşdıran parlament istintaq komissiyasının 25 mart iclasında iştirak edib-etməyəcəyi ilə bağlı sorğuya hələ cavab verməyib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədri Andranik Köçəryan məlumat verib.

O bildirib ki, əgər Xaçaturov iclasa gəlməsə, daha ciddi addımlar atılacaq.

“Ümid edirik Yuri Qriqoriç komissiyada iştirak etməlidir ki, digər dəvət olunanlara bu faktdan istifadə etməyə imkan verməsin, digər dəvət olunanlardan 1-2 nəfər, ilk növbədə Serj Sarkisyan qalıb. Bunun ölkəmiz üçün lazım olduğunu hər kəs başa düşüb, söhbət həm bütün qoşun komandirlərinə, həm də keçmiş Müdafiə nazirinə aiddir. Xaçaturov iclasa gəlməsə, bunu addımların ardıcıllığı davam edəcək”, - deyə Köçəryan bildirib.

Alpər Mövludoğlu
Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   SQ