"Scorpion" sözünə uyğun 5 nəticə tapıldı!

ABŞ “A-10 Thunderbolt II” hücumçu təyyarələrini dəyişməyə başlayıb

2017/11/maxresdefault53453453_1510381373.jpg
Oxunub: 1306     14:19     11 Noyabr 2017    
ABŞ Konqresi rəsmi şəkildə əfsanəvi “A-10 Warthog” təyyarələrinin dəyişdirilməyə başlanmasını təsdiq edib.

Ordu.az “Popular Mechanics” jurnalına istinadən xəbər verir ki, ABŞ Konqresində “OA-X” proqramı çərçivəsində yeni yüngül təyyarələrin alınmasına 400 milyon dollar ayrılması məsələsinin lehinə səs verilib.

Hazırda ABŞ Hərbi Hava Qüvvələri piyada qoşunlarını havadan dəstəkləyən cəmi bir təyyarəyə - “Warthog” (“Kiçik ziyil”) adı ilə tanınan “A-10 Thunderbolt”a malikdir. Bu təyyarələrin istifadə müddətini dəfələrlə artırıblar və onlardan bir hissəsi hələ 2022-ci ilədək ABŞ Hərbi Hava Qüvvələrinin tərkibində qalacaq. “A-10 Thunderbolt”u silahlanmada əvəz edəcək yeni təyyarə istehsal olunmadığından, ABŞ Müdafiə Nazirliyi onu yüngül zərbə təyyarələri ilə əvəzləməyi planlaşdırır.

Qeyd edək ki, Pentaqon silahlanmaya daxil ediləcək yeni təyyarəni hələ müəyyənləşdirməyib. Bununla belə, yeni hərbi təyyarələrin alınması artıq növbəti il həyata keçirilməlidir. Çünki maliyyələşdirmənin ilk mərhələsi məhz 2018-ci maliyyə ilində başlayır.

ABŞ Hərbi Hava Qüvvələrində hesab edirlər ki, yeni təyyarə daha az xərclə aşağı intensivliyə malik münaqişələr zamanı effektiv nəticə əldə etməyə imkan verəcək. Belə ki, əgər F-35 qırıcılarının bir saat havada uçması 42 min dollara başa gəlirdisə, “Textron Scorpion” üçün bu məbləğ cəmi 3 min dollar civarında olacaq.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: A-10-Thunderbolt   ABŞ