" Scania " sözünə uyğun nəticə tapıldı!

"Scania" - (9 )

Hərbi paradda SPYDER-lərə BAXIŞ

2018/06/100_1530005190.jpg
Oxunub: 5933     17:30     26 İyun 2018    
İsrailin qısa və orta mənzilli mobil havadan müdafiə sistemi olan SPYDER (Surface-to-air PYthon and DERby) hərbi paradda nümayiş etdirilən yeni komplekslərdən biridir. O, “Israel Aerospace Industries” (IAI) şirkətin köməyi ilə “Rafael Advanced Defense Systems” tərəfindən təkmilləşdirilib. “Rafael” SPYDER proqramının əsas kontraktoru, IAI isə subkontraktorudur. Bu sistem 2005-ci ildə öz zirvəsinə çatdı. O zaman raket İsrailin Şdema bölgəsində sınaq hədəflərə qarşı istifadə olundu və hədəfləri yüksək dəqiqliklə vurdu. O vaxtdan bəri, dünyanın müxtəlif yerlərində baş tutan çoxsaylı hərbi sərgilərdə nümayiş edilib.

SPYDER aşağı səviyyəli, cəld reaksiya, yer-hava raket sistemidir. O, təyyarə, helikopter, pilotsuz hava vasitələri, dronlar və nöqtə zərbə sursatlarına qarşı istifadə oluna bilər. O, sabit obyektlər və nöqtələr üçün havadan, döyüş zonasında isə mobil qüvvələr üçün zona müdafiəsi təmin edir. Sistemlər “Tatra”, “Mercedes-Benz Actros”, MAN TGS, “Scania P-series”, “Dongfeng” yük maşınları və ya TELAR üçün uyğundur. O, eyni kompaniyanın “Python-5” və “Derby” raketlərini icra edir. SPYDER atıcısı həm də “Python-5” və “Derby” yer-hava raketləri atmaq üçün də uyğundur. Onların ümumilikdə hava-hava raketləri ilə ortaq xüsusiyyətləri var. SPYDER-in iki versiyası var: SPYDER-SR (Short Range – qısa mənzil) və SPYDER-MR (Medium Range – orta mənzil). Hər iki sistem cəld reaksiyasıdır, bütün hava şəraitinə uyğun, şəbəkə mərkəzli, çoxatıcılı və özüyeriyən sistemlərdir. Məxsusi batareyaya bir mərkəzi komandanlıq və nəzarət dəstəsini, altı raket atış dəsti və yenidən təchizat vasitəsi daxildir. SPYDER-SR EL/M-2106 ATAR radarını, SPYDER-MR EL/M-2084 MMR radarını istifadə edir. Sonuncusu “Iron Dome” sisteminin də istifadə etdiyi eyni radardır.

SPYDER raket sisteminin hazırkı operatorlarına Azərbaycan, Hindistan və Sinqapur, Peru daxildir. Bəzi iddialara görə 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsində Gürcüstan SPYDER-SR-dən istifadə edib, lakin bu iddialar təsdiqini tapmayıb.

İstehsalı

2005-ci ildə SPYDER havadan müdafiə sistemləri sınaqlarının zirvəsinə çatdı. Həmin vaxtda SPYDER uğurlu şəkildə “Python-5” və “Derby” raketini atdı. Nəticələrə əsasən iki hədəfin ikisi də məhv edilmişdi. Sınaq zamanı radar və komanda-nəzarət dəsti uzaq və qısa mənzillərə uyğun olaraq hədəflərlərə qarşı mübarizədə yoxlanıldı.
SPYDER havadan müdafiə sistemi dünyada 29 hərbi sərgidə nümayiş etdirilib.

Komanda və nəzarət

EL/M-2106 ATAR

Elta EL/M–2106 (Advanced Tactical Acquisition Radar (ATAR) - Qabaqcıl Taktiki Nişanalma Radarı) 3D Aktiv elektron skan nəzarət radarı SPYDER-SR üçün nəzərdə tutulmuş Komanda və Nəzarət dəstidir (CCU). Bu radar eyni zamanda çoxsaylı hədəfi izləyə və zərərsizləşdirə, CCU-dan 10 kilometr məsafəyə qədər uzaqlıqda olan raket atış dəstinə nəzarət edə bilər. EL/M-2106 ATAR “Elta” tərəfindən dizayn edilmiş dördüncü nəsil müdafiə radarıdır. Dizaynçı və istehsalçı şirkətlərə görə o, qeyri-münasib şəraitdə istifadəyə uyğun olduğunu sübut edib. Qırıcı təyyarə üçün təsbit etmə məsafəsi 70-100 kilometrdir. O, 40 kilometr məsafədə helikopteri, 40-60 kilometrdən isə PUA-ları təsbit edə bilir.

EL/M-2084 MMR

SPYDER-MR-in Radar sensor dəsti EL/M-2084 Çoxmissiyalı Radar (MMR) 3D AESA radarını əhatə edir. EL/M-2084 S diapazonunda fəaliyyət göstərir. O, hava nəzarət rejimində olarkən 1200 hədəfi izləyə və 250 kilometr məsafədən hədəfi təsbit edə bilər. Radar sabitdir, o, 120 azimut dərəcəni əhatə edir.

Zərərsizləşdirmə mənzili

Qısa mənzilli havadan müdafiə sistemi kimi SPYDER-SR qısa mənzilli raketdən müdafiə raketidir. Zərərsizləşdirmə üzrə maksimum hündürlüyü 9 kilometr, maksimum məsafəsi 15 kilometrdir. SPYDER-MR 35 kilometr əməliyyat mənzilə sahibdir. Raket bəzi gücləndiricilərlə təchiz edildiyindən dolayı SPYDER-MR-in yüksəklik həddi 16 kilometrdir.

“Python-5”

“Python-5” hazırda İsrailin inventarında olan ən qabiliyyətli, dünyada isə ən qabaqcıllardan biri olan hava-hava raketidir. Görmə məsafəsindən kənar raketi kimi o, atıldıqdan sonra hədəfə fokuslanma imkanına malikdir. Onun bütün aspektlər, bütün istiqamətlər üzrə hücum qabiliyyəti var. Raket qabaqcıl elektro-optik infraqırmızı geri dönmə sensoruna sahibdir. O, düşmən təyyarə üçün hədəf zonanı skan edir və sonra terminal izləmə üçün hədəfə fokuslanır.

Uzunluğu – 310 sm
En – 64 sm
Diametr – 16 sm
Ağırlığı – 105 kq
İdarəetmə - infraqırmızı geri dönmə+ elektro-optik təsviretmə
Döyüş başlığı – 11 kq
Sürət – max 4

“Derby”

“Derby” aktiv radar geri dönmə hava-hava raketidir. O, SPYDER raket sisteminə atdım-unutdum seçimini təmin edir.

Uzunluğu – 362 sm
En – 64 sm
Diametr – 16 sm
Ağırlıq – 105 kq
İdarəetmə - infraqırmızı evədönmə + elektro-optik təsviretmə
Döyüş başlığı – 11 kq
Sürət – max 4

Döyüş əməliyyatlarında istifadəsi

2008-ci il Rusiya-Gürcüstan müharibəsi ərzində Gürcüstanın SPYDER-SR-dən istifadə etdiyinə dair iddialar var. Gürcüstan hərbi hava qüvvələri SPYDER-SR-in dördə qədər atıcısından istifadə edə bilərdi və ehtimal ki, sistem münaqişədə itirildi.

Operatorlar

Gürcüstan

Gürcüstan Silahlı Qüvvələri – artıq aydın olduğu kimi Gürcüstanın 2008-ci il müharibəsində istifadə edildiyi iddia edilir. Bu barədə heç bir rəsmi təsdiqləmə yoxdu və Stokholm Beynəlxalq Sülh Tədqiqat İnstitutunun (SIPRI) silahlar transferi üzrə məlumat bazasında da bu təsdiqlənmir. “Jane’s Missile & Rockets” jurnalı daha öncə “Rafael”in nümayəndəsinə istinad edərək SPYDER raket sisteminin iki xarici müştərisindən birinin bu vaxta qədər istifadəsində həmin sistemlərdən olduğunu iddia etmişdi.

Azərbaycan

Azərbaycan Respublikası havadan müdafiə sistemlərinin ilk təqdimatını bu gün keçirilən hərbi parad zamanı nümayiş etdirib. Sistemlərin nə zaman alınması və silahlanmaya qəbulu isə qapalı mövzudur.

Hindistan

Hindistan Hərbi Hava Qüvvələri – 2006-cı ildə Hindistan 395,2 milyon dollar dəyərində 18 ədəd SPYDER-MR sistemini satın almağı planlaşdırırdı. Kontrakt hökumətin korrupsiya əleyhinə agentliyi olan Mərkəzi Ehtiyatlılıq Komissiyası tərəfindən imzalanmazdan əvvəl nəzərdən keçirildi. 2009-cu il avqustda həmin çoxmilyard dollarlıq kontrakt Müdafiə naziri AK Antoninin rəhbərlik etdiyi Müdafiə Əldə etmə Şurası tərəfindən elan edildi. Əvvəlki hesablamalara görə, müqavilənin dəyərinin 395,2 milyon dollar göstərilməsinə baxmayaraq, sonradan onun qiyməti 260 milyon dollar kimi təqdim edildi. Bu rəqəmləri “The Jerusalem Post” yalanladı və sözügedən yer-hava raketlərinin alınmasına dair müqavilənin dəyərinin 1 milyard dollar olduğunu iddia etdi. SPYDER sistemlərinin çatdırılmasına 2012-ci ildə başlandı. 18 ədəd SPYDER-MR, 750 ədəd “Python-5” və 750 ədəd “Derby” yer-hava raketi çatdırıldı.

Sinqapur

Sinqapur Respublikası Hərbi Hava Qüvvələri – 2008-ci ildə Sinqapurun Müdafiə Nazirliyi 2 ədəd SPYDER-SR batareyası, 75 ədəd “Python-5” və 75 ədəd “Derby” raketi sifariş verdi. Onlar hamısı 2011-2012-ci illər ərzində çatdırıldı. Bəzi SPYDER-SR-lər 2011-ci ildə 165-ci eskadra tərəfindən istifadəyə verildi. Bəzi məlumatlara görə, Sinqapur daha sonra əlavə olaraq SPYDER-SR sifariş verib.

Vyetnam

2015-ci ildə Vyetnam özünün yeni qısa mənzilli havadan müdafiə raket sistemi kimi SPYDER-i seçdi. İlk çatdırılma 2016-cı ilin iyulunda başlayıb. Vyetnamda olan sistemlər RMMV HX yük maşınlarına qoşulub. Ümumilikdə 6 sistemin sifariş edildiyi bildirilir.

Peru

Peru Hərbi Hava Qüvvələri – 2012-ci ilin martında Peru özünün köhnələn havadan müdafiə sistemlərinin yenilənməsi üçün elan edilmiş 140 milyon dollarlıq tenderin qalibi kimi 20 müdafiə kompaniyası arasından Polşanın “Bumar Group”, İsrailin “Rafel” və ABŞ-ın “Northrop Grumman” şirkətlərini seçdi. “Rafael”in müqavilə əsasında altı ədəd SPYDER-SR sistemi çatdıracağı güman edilir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hərbi-parad   SPYDER