"ST-Marine" sözünə uyğun 23 nəticə tapıldı!

Çin-ABŞ hərbi yarışında ən son qaynar nöqtə - GUAM

2017/11/234523423423_1509963968.jpg
Oxunub: 2715     18:26     06 Noyabr 2017    
Qərbi Sakit okean ərazisində yerləşən Guam adası Pekin ilə Vaşinqton arasında gizli, lakin uzun müddət davam edən hərbi rəqabətin yeni bir təməl nöqtəsi halına gəlib. Ada yaxınlığında Çin strateji bombardmançı təyyarələri və casus gəmiləri artıq Pentaqonu olduqca narahat edir.

Son illər ərzində istifadədə olan 815-ə qədər cəsus gəmisi də daxil olmaqla, Çin Xalq Azadlıq Ordusunun elektron kəşfiyyat gəmiləri bu il, bir aydan artıq müddətir ki, Guam ətrafında beynəlxalq sularda gözə dəyir.


Məlumata görə, Pekin Guamın qonşuluğunda, Sakit Okeanın cənub-qərbində yerləşən Mikroneziya Federativ Ştatlarında hərbi baza yaratmaq niyyətindədir.

ABŞ-ın Baş Qərargah rəisi general Cozef Dunford jurnalistlərə açıqlamasında, Çin bombardmançı təyyarələrinin Guam adasına yaxınlaşdığını birbaşa dilə gətirməsə də, üstüörtülü şəkildə H-6K strateji bombardmançı təyyarələrinin Tayvan üzərində uçuşlar etdikdən sonra, Guam adası üzərində də uçuşlar apardığını bildirmişdi. Qeyd edək ki, bu ərazilər Yaponiyanın Ryukyu adaları və Mikayo boğazı kimi, eləcə də Cənubi Koreya və Hokkayda arasında yerləşən Tsuşima adası kimi uzaqda yerləşmirlər.


Çin Xalq Azadlıq Ordusunun Hərbi Hava Qüvvələrinin generalı Pekində “Global Times” agentliyinə verdiyi açıqlamada, H-6K strateji bombardmançı təyyarələrinin 3.500 kilometr döyüş radiusu ilə Guam adasına hücum edə biləcəyini açıqladı.

Politoloqlar, Çinin Hərbi Hava Qüvvələrinin okeanda təlimləri gücləndirdiyini, döyüş təyyarələrinin adalar zəncirindən şərqdə, Rusiyanın Uzaq Şərqdəki Kamçatka yarımadası ərazisindən Malay yarımadasına qədər olan ərazilərdə uçuşlar etdiyini həyacanla qeyd edirlər.


Guam üzərindən uçuş edən Çin döyüş təyyarələri Mariana adaları, Oqasavara (Bonin) adaları və Yaponiyanın Volkan adalarının təhlükəsizliyinə ciddi təhdid törədir. Digər tətəfdən, Guam cəbhə xətti uzun müddət Pekin üçün əngələ çevirilib. Çünki, Pentaqon Vaşinqtonun Asiya strategiyasına uyğun olaraq, müttəfiqləri ilə birgə ortaq müdafiə üçün adaya əsgər və silah toplamağa davam edir.

Qeyd edilən ərazi, B-1, B-2 bombardmançı təyyarələri, F-35 qırıcıları, eləcə də Los-Anceles və Ohayo nüvə sualtı qayıqları üçün hava-dəniz bazasıdır və ümumilikdə, ABŞ-ın Uzaq Şərqdəki hərbi gücünün 70 faizini təmsil edir.


Buna cavab olaraq Pekin, "Guam qatilləri" adlandırılan “Donq-Fenq 26” orta səviyyəli ballistik raketlər hazırlayıb. Raketlər, 2015-ci ilin sentyabr ayından etibarən istismara verilib.

Pentaqonun isə bundan sonra, narahatlığı daha da güclənməyə başlayıb.

Leyla Behbudlu
Ordu.az


Teqlər: Guam   ÇinABŞ