"SSRİ" sözünə uyğun 318 nəticə tapıldı!

"Yaxın Şərqdə Türkiyəni dəyədləndirməmək çətindir" - Erməni ekspert

2019/05/50146-1556962731.jpg
Oxunub: 735     18:36     04 May 2019    
"Türkiyənin NATO üzvü olmaması barədə söhbətlər şayiədir. Yalnız Türkiyənin əhəmiyyətini dərk etməyən adamlar belə danışa bilər".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə erməni politoloq Aleksandr İsgəndəryan bildirib.

O, Türkiyənin geosiyasi əhəmiyyətinin önəminə diqqət çəkib.

"Türkiyə SSRİ-yə qarşı mübarizədə ilk sırada dururdu. Buna görə də böyük əhəmiyyət kəsb edirdi. Son zamanlar əhəmiyyəti nisbətən zəifləsə də, Türkiyənin çəkisi yenidən artacaq. Yaxın Şərqdə Türkiyəni dəyədləndirməmək çətindir. Orada İraq, İran və Suriya var.... Türkiyənin NATO-dan uzaqlaşmasını təsəvvür etmək çətindir", - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   NATO