"SETM" sözünə uyğun 252 nəticə tapıldı!

Ermənistan ordusunda itki, yaralanma, qəza və fərarilik hadisələri – AYLIQ HESABAT

2019/06/fed88-1561786573.jpg
Oxunub: 1427     10:46     31 İyul 2019    
Ordu.az 2019-ci ilin iyulun 1-dən 31-nə kimi Ermənistan ordusunda qeydə alınan itki, yaralanma, korrupsiya və fərarilik faktı ilə bağlı hadisələrin hesabatını təqdim edir.

İyul ayının nəticələrinə görə, Ermənistan ordusunda 3 ölüm (2-si intihar, 1-i təxribata cəhd) hadisəsi qeydə alınıb.

Düşmən ordusunda bu ayın rəsmi və qeyri-rəsmi statistikasına əsasən, 9 düşmən hərbçisi (6-sı qəza, 2-si təxribata cəhd, 1-i döyülmə) yaralanıb.

Bununla yanaşı, ən azı 7 fərarilik, 1 zorlama və 1 oğurluq faktı da aşklarlanıb.

1 iyul

Ermənistanda 19 yaşlı hərbi qulluqçu məzuniyyətdən sonra hərbi hissəyə qayıtmaqdan imtina edib.

Məlumata görə, Ermənistanın Acapnyak rayonundan hərbi qulluğa cəlb olunmuş 19 yaşlı S.Narek, hərbi hissədən qanuni məzuniyyət alaraq evinə gəlib. İyunun 30-da onun məzuniyyəti başa çatıb və o, hərbi hissəyə qayıtmalı idi. Lakin o, məzuniyyətdən sonra ölüdürüləcəyi səbəbi ilə hərbi hissəyə qayıtmaqdan imtina edib.

Əsəgərin yaxınları onun hərbi hissəyə qayıtmaq istəmədiyinə görə, Ermənistan Fövqəladə Hallar Nazirliyinin xilasetmə xidmətinin psixoloji mərkəzinə müraciət edib. Psixoloji sarsıntı keçirmiş əsgər Muratsan hərbi hospitalına yerləşdirilib. Sözügedən əsgər həmin hospitalda müəyyən bir müddət qaldıqdan sonra Ermənistan Müdafiə Nazirliyinin hərbi polis əməkdaşları onu Kanaz hospitalına yerləşdirib.

8 iyul

İşğal edilmiş Ağdərə rayonu ərazisində yerləşdirilən düşmən ordusunun hərbi hissələrindən 10 gün ərzində 5 hərbi qulluqçu qaçıb ki, bunlardan biri də bölük komandiridir.

Kotayk hərbi komissarlığından çağırılmış, 2000-ci il təvəllüdlü Hamlet Adamyan bir neçə gün əvvəl döyüş postunda silahını da ataraq hərbi hissədən qaçıb. Eyni zamanda bölük komandiri kapitan Tiqran Hovhanesyan, əsgərlər Rudik Xaratyan, Artyom Veranyan və Radik Georgiyanın da hərbi hissəni özbaşına tərk etdikləri bəlli olub.

Əsgərlər R.Xaratyan və A.Veranyan İrəvan şəhərində xuliqanlıq etdiklərinə görə həbs ediliblər. Onların hərbi qulluqçu olduqları bəlli olduqdan sonra hərbi polisə təhvil veriliblər. Məhkəmənin qərarı ilə fərarilik edən bölük komandiri kapitan Tiqran Hovhanesyan isə xidmətini davam etdirmək üçün ön xətdə olan başqa bölməyə göndərilib.

*****

İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində yerlibazlıq və “neustavşina” səbəbindən tez-tez cinayət hadisələri qeydə alınır.

Ermənistanlılarla qarabağlılar arasında növbəti kütləvi davada iştirak edən hərbi qulluqçular Tatul Karapetyan, Narek Papoyan və Harut Petrosyan Ağdərə hərbi prokurorluğuna aparılıblar.

Cinayət işinin istintaqını aparan müstəntiq Hovik Sarkisyanın dediyinə görə adları çəkilən hər üç hərbi qulluqçu həm davanın səbəbkarı kimi, həm də xidmət yoldaşlarına xəsarət yetirməkdə təqsirləndirilirlər.

*****

İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində hərbi cinayətlərlə yanaşı, mülki əhaliyə qarşı törədilən cinaytlərin də sayı durmadan artır.

Belə ki, Ermənistanın Kotayk vilayətinin Qarni yaşayış məntəqəsinin sakini Marine Qriqoryan ərizə ilə prokurorluq orqanlarına müraciət edərək hərbi qulluqçu tərəfindən cinsi təcavüzə məruz qaldığını bildirib.

İlkin araşdırmaya görə, cinayəti törədən şəxs işğalçı ordunun 2-ci təlim taborounun kiçik çavuşu Alber Aseryandır.

9 iyul

Ermənistan Müdafiə Nazirliyinə məxsus ՊՆ 2426 Տ qeydiyyat nömrə nişanlı “Ural” markalı avtomobil naməlum şəraitdə İrəvan-Meğri yolunun Sevakavan kəndinin inzibati ərazisində aşıb.

Qəza nəticəsində xəsarət alan sürücü xəstəxanaya yerləşdirilib.

14 iyul

Ermənistanın Şirak vilayətində hərbi qulluqçuların iştirakı ilə böyük avtoqəza baş verib. Saat 14:55 radələrində Keti (Keyti) kəndinin inzibati ərazisində "Mercedes" markalı 35 CU 035 nömrəli avtomobilin sürücüsü hərəkət zolağından çıxaraq qəzaya uğrayıb.

Məlumatlara görə, hadisə nəticəsində 4 nəfər yüngül, 1 nəfər isə ağır yaralanaraq xəstəxənaya yerləşdirilib. Yaralanan 5 nəfərdən 2-si müddətli xidmət hərbi qulluqçusudur.

Bir sıra KİV-lərdə yayılan məlumatlara görə isə sözügedən hadisə nəticəsində 2 nəfər yerində ölüb, 1 nəfər isə yaralanıb.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi hadisə ilə bağlı heç bir məlumat yaymayıb.

15 iyul

Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin müqaviləli xidmət hərbi qulluqçusu yol qəzasına düşüb. Saat 15:40 radələrində Ermənistanın Ararat vilayəti ərazisində İrəvan-Yerasx yolunun 44-cü km-də Ayqavan kənd inzibati ərazisində iki “Mercedes C-180” markalı avtomobil toqquşub.

Məlumata görə, “Mercedes” markalı avtomobillərdən birinin sürücüsü, Ararat şəhər sakini 40 yaşlı H.Henrik və onun bir sərnişini, həmçinin Gorus şəhər sakini, digər avtomobilin sürücüsü 23 yaşlı M.Sevak və onun 3 nəfər sərnişini bədən xəsarətləri ilə Ararat və Vedi şəhər xəstəxanalarına təxliyyə ediliblər.

Qeyd olunur ki, sürücülərdən biri 40 yaşlı H.Henrik Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin müqaviləli xidmət hərbi qulluqçusudur.

*****

İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrindən birində nizamnamədənkənar münasibətlər zəminində daha bir cinayət baş verib.

Ön xətt bölmələrindən birində, döyüş postunda xidmət edən əsgər Molkon Moliqiryan xidmət yoldaşları tərəfindən vəhşicəsinə döyülüb.

Əvvəl əsgərin guya xəstə olduğu bildirilsə də sonradan valideynlərinin şikayəti və Ermənistan müdafiə nazirliyindən yüksək vəzifəli generalın zəng edərək işə qarışması ilə komandanlıq məcbur qalaraq əsgəri hərbi hospitala göndərib.

Həkimlər əsgəri müayinə edərkən döyüldüyünü aşkar ediblər.

*****

İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində mövcud olan dözülməz şərait, haqsızlıq, mütəmadi məruz qaldıqları təhqirlər səbəbindən əsgər və zabitlər müxtəlif bəhanələrlə hərbi xidmətdən yayınmağa çalışırlar.

İşğalçı ordunun hərbi hissələrindən birinin əsgəri Sergey Sardaryan vaxtında məzuniyyətdən geri qayıtmayıb.

Fərarilik maddəsi ilə haqqında cinayət işi açılan əsgər araşdırma zamanı izahatında xəstəliyi səbəbindən mülki xəstəxanada cərrahi əməliyyat olunduğunu yazıb.

20 iyul

Ermənistanda polkovnik rütbəli hərbi hissə komandiri Armen Mukiasyana qarşı külli miqdarda mənimsəmə və ya ələ keçirmə maddəsi üzrə ittiham irəli sürülüb.

İttihamda bildirilir ki, Armen Mukiasyan rəsmi şəxs olaraq, səlahiyyət mövqeyindən sui-istifadə edərək, əvvəlcədən bir qrup şəxslə razılığa gələrək 8.856.000 erməni dramı dəyərində 24 ton dizel yanacağının ələ keçirilməsi və mənimsənilməsini həyata keçirib. O, zenit raket divizion komandirləri polkovnik-leytenant Armen Baxşyan, Xosrov Çobanyan və Arqam Harutyunyanı rəsmi sənədlər hesab edilən iş vərəqələrini saxtalaşdırmağa vadar edib.

Həmin hərbi hissənin yanacaq sürtkü materialları xidmətinin rəisi mayor rütbəli Armenak Sarkisyana qarşı da ittiham irəli sürülüb. O, rəsmi şəxs olaraq bir qrup şəxslə, A.Sukiasyan, A.Baxşyan, X.Çobanyan, A.Harutyunyan və gizir E.Qevorkyanla öncədən razılaşmaqla əlbir olub, həmçinin əsgər K.Sarkisyan və çavuş H.Arzumanyanın köməyi ilə külli miqdarda yanacaq ələ keçirib.

21 iyul

Ermənistan ordusunun hərbi hissələrindən birinin döyüş mövqeyində hərbi qulluqçu ölüb.

Məlumata görə, saat 18:15 radələrində Ermənistan ordusunun hərbi hissələrindən birinin döyüş mövqeyinin müşahidə məntəqəsində, 2000-ci il təvəllüdlü sıravi əsgər Hamik Yeğiayi Vardanyan alın nahiyyəsindən odlu silah yarası alaraq intihar edib.

Qeyd olunur ki, Hamik Vardanyan bir neçə aydır ki, hərbi xidmətə çağırılıb. O, İrəvan şəhərinin Erebuni inzibati rayonunun sakini olub.

23 iyul

İşğal altında olan Qarabağda qanunsuz dislokasiya olunan Ermənistan ordusunun hərbi hissələrindən birində ölüm faktı qeydə alınıb.

Saat 22:55 radələrində işğal edilmiş Qarabağın cənub istiqamətində qanunsuz dislokasiya olunan hərbi hissənin mühafizə ərazisinin döyüş mövqeyində müddətli xidmət hərbi qulluqçusu, 2000-ci il təvəllüdlü sıravi əsgər Volodya Hamleti Qaloyan qanunsuz olaraq bir başqasını həyatdan mərhum etmək, öldürmək, birbaşa şüurlu şəkildə qeyd edilən döyüş postunun qazmasına yaxın ərazidə ona təhkim edilmiş AK-74 markalı avtomatla döyüş postunun başçısı istiqamətinə atəş açıb. Lakin V. Qaloyan öz iradəsindən asılı olmayan səbəblərdən cinayəti başa çatdıra bilməyib.

Atəş açdıqdan dərhal sonra Qaloyan ona təhkim edilmiş AK-74 markalı avtomatla döyüş postunun ərazisini tərk edib.

Lakin bir müddət keçdikdən sonra, saat 04:20 radələrində döyüş postunun müşahidə məntəqəsindən təqribən 50 m uzaqlıqda çənəsinin alt hissəsində odlu silah yarası xəsarəti və yanında yerə düşmüş vəziyyətdə avtomatı olmaqla meyiti aşkar edilib. İlkin məlumata görə, o, intihar edib.

24 iyul

Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu “Volkswagen”lə qəzaya uğrayıb.

Məlumata görə, saat 19:10 radələrində Cambarak şəhər sakini, 28 yaşlı Q.Hayk idarə etdiyi “Volkswagen Golf” markalı “35 RC 919” nömrəli avtomobillə Cambarak şəhərinin Qardman küçəsində hərəkət zolağından çıxaraq qəzaya uğrayıb.

Baş vermiş hadisə nəticəsində sürücü Q.Hayk və onun həmşəhərlisi, 33 yaşlı H.Babken müxtəlif bədən xəsarətləri alaraq Cambarak tibb mərkəzinə yerləşdirilib.

Sürücü Q.Hayk Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət edir.

27 iyul

Saat 11:00 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədinin şimal-şərq istiqamətində düşmən təxribata əl atıb.

Nəticədə təxribata cəhd edən müqaviləli erməni hərbi qulluqçu yaralanıb.

28 iyul

Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu 1995-ci il təvəllüdlü Arman Arayiki Bulğadaryan məhv edilib.

Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan öz "Facebook" səhifəsində məlumat yayıb.

Qeyd olunur ki, müqavilə əsasında hərbi xidmət keçən Arman Bulğadaryan Ermənistan-Azərbaycan sərhəddinin şimal-şərq istiqamətində təxribata cəhd edərkən məhv edilib.

Məlumata görə, erməni hərbi qulluqçu Noyemberyan Tibb Mərkəzinə aparılarkən yolda ölüb.

*****

Ermənistan ordusunun təxribata cəhd edən daha bir müqaviləli hərbi qulluqçusu zərərsizləşdirilib.

Məlumata görə, 33 yaşlı erməni hərbi qulluqçu Vladimir Osipyan sol qolundan güllə yarası ilə Noyamberyan tibb mərkəzinə köçürülüb.

Təxribatçı hərbi qulluqçu daha sonra İrəvan hərbi mərkəzi hospitala köçürülüb. Tibb mərkəzindən bildirilib ki, Osipyan Noyamberyanın Zoravan kəndinin sakinidir.

*****

Saat 05:30 radələrində İrəvan sakini 33 yaşlı A.Arman idarə etdiyi "Mercedes" markalı avtomobilin idarəetməsini itirməklə, Vardenis-Zod yolundakı beton maneəyə çırpılaraq aşıb.

A.Arman müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qeğarkunik vilayətinin qarnizon hospitalına yerləşdirilib.

Qəza törədən sürücü Ermənistan Müdafiə Nazirliyinin "N" nömrəli hərbi hissəsində qulluq edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   İtki   Yaralanma   Korrupsiya