" Səudiyyə " sözünə uyğun nəticə tapıldı!

"Səudiyyə" - (1104 )

Səudiyyə HHM sistemi neft obyektlərini hədəf alan raketləri ələ keçirib

2020/01/10781-1580371295.jpg
Oxunub: 878     13:12     30 Yanvar 2020    
Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə qüvvələri “Husi” qiyamçılar tərəfindən atılan və “Aramco” neft şirkətinə məxsus obyektləri hədəf alan raketləri ələ keçirib.

Ordu.az xəbər verir ki, bu barədə “Wall Street Journal” nəşri Səudiyyə rəsmilərinə istinadən məlumat verib.

Bildirilir ki, hadisə ötən həftə baş versə də, detalları barədə məlumat yeni ortaya çıxıb. Nəşrin verdiyi məlumata görə, “Aramco” məsələ ilə bağlı şərh verməkdən imtina edib.

Qeyd edək ki, husilər “Telegram” şəbəkəsində bəyanat yayaraq neft obyektlərinə hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Səudiyyə   HHM