"Sınaq" sözünə uyğun 1942 nəticə tapıldı!

Avstraliya HDQ “Brisbane” esminesinin sınaqlarını tamamlayıb

2019/11/Austr-1572591865.jpg
Oxunub: 427     17:40     01 Noyabr 2019    
Avstraliya Kral Hərbi Dəniz Qüvvələri və ABŞ Hərbi Dəniz Qüvvələri Avstraliyaya məxsus HMAS “Brisbane” esminesinin sınaqlarını tamamlayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, sözügedən esmines bir sıra çətin hədəflərə və taktiki vəziyyətlərə qarşı sınaqdan keçirilib.

Avstraliya Müdafiə Naziri Linda Reynolds sınaqlardan sonra bildirib ki, bu sınaqlar ABŞ-Avstarliya hərbi dəniz qüvvələri arasında qarşılıqlı əlaqənin ən yüksək səviyyəsini nümayiş etdirir.

Qeyd edək ki, HMAS “Brisbane” (III) Hobart Sinifinə aid esmines mövcud üç gəmidən ikincisidir. O, 2018-ci ildə istismara verilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avstraliya   Brisbane