Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Katibi Mayk Pompeo NATO üzvlərinin XİN başçılarının Brüsseldəki görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.
O qeyd edib ki, prezident Donald Tramp, heç vaxt ABŞ üçün əlverişsiz olan hər hansı bir silah nəzarət sazişini imzalanmasına və ya Amerika üçün artıq məna vermədiyi təqdirdə mövcud müqaviləni uzatmasına icazə verməz.
"Amerikanı qoruyan strateji bir quruluşun necə yaradılacağını müzakirə etdiyimiz zaman bu, yalnız Rusiya və ABŞ-ın tərəflər olduğu müqavilə ola bilməz", - deyə Pompeo bildirib.
Sevinc Əliyeva
Ordu.az