"Qətər" sözünə uyğun 192 nəticə tapıldı!

İranlı general: “ABŞ hərbi gəmilərini dənizin dibinə batırarıq”

2019/05/origi-1558776868.jpg
Oxunub: 856     14:50     25 May 2019    
“ABŞ-ın ən kiçik bir axmaqlıq etdikləri təqdirdə bu gəmiləri dənizin dibinə göndərəcəyik”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə İran İslam İnqilabının Keşikçilər Korpusunun Baş komandanı, "25-ci Kərbəla" briqadasının komandiri general Murtəza Qurbani bildirib.

Onun sözlərinə görə, İran ABŞ hərbi gəmilərini batırmaq üçün gizli silahlardan istifadə etməyə hazırdır.

“ABŞ bölgəyə iki döyüş gəmisi göndərir. Ən kiçik bir axmaqlıq etdikləri təqdirdə bu gəmiləri, ekipajını üzərində təyyarələrlə birlikdə iki raket və yeni gizli silah istifadə edərək dənizin dibinə göndərəcəyik”.

Qeyd edək ki, hazırda İran körfəzində idarəolunan raket silahları ilə təchiz olunmuş "Arleigh Burke" sinfindən iki eskadrilya minadaşıyıcısı var. Bundan əvvəl Pentaqon İran örfəzinə “Avraam Linkoln” hərbi təyyarə daşıyan gəmisini və Qətərdəki hərbi bazasına isə qırıcı təyyarələrini göndərib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran