"Qırğızıstan" sözünə uyğun 116 nəticə tapıldı!

Paşinyanın və Ermənistandakı hakimiyyət dəyişikliyinin əsl “mənəvi atası” kimdir?

2019/09/1-1567764092.jpg
Oxunub: 1334     11:02     07 Sentyabr 2019    
Ermənistandakı hakimiyyət dəyişikliyindən bir il yarım sonra bu inqilabda xarici bir idarəedicinin olub-olmaması məsələsi hələ də müzakirə olunur. Cavablar müxtəlif və çoxşaxəlidir. Paşinyan və komanda yoldaşlarının kənar qüvvələrlə istənilən əlaqələrini inkar etdikləri aydındır.

Ancaq gəlin bu sualı bir kənara qoyaq və bu inqilabın həqiqətən mənəvi, ideoloji “atası”nın kim olduğunu anlamağa çalışaq. Əlbəttə ki, söhbət birbaşa sifarişdən getmir. Paşinyan özü bildirib ki, özünə istiqamətverici olaraq Nelson Mandelanı hesab edir və Mahatma Qandi haqqında da azda olsa danışılırdı. Ermənistanda çoxları Paşinyanın “mənəvi atası” Levon Ter-Petrosyanın olduğunu düşünür. Necə deyərlər, insan nə qədər çoxdursa, fikir də bir o qədər çoxdur.

Ancaq nə Paşinyan, nə də ekspertlərin haqqında danışmadığı adam barədə susurlar, amma fikirləri ilə bu şəxs Paşinyan inqilabında əhəmiyyətli rol oynayıb.

Bu adamla tanış olaq, söhbət dünyaca məşhur “rəngli inqilablar” texnologiyasının banisi, “Diktator rejimlərinə qarşı dinc itaətkarlıq uğrunda mübarizə”nin memarı, fəlsəfə doktoru Cin Şarpdan söhbət gedir.

Cin Şarp kimdir?

Şarp 1928-ci ildə ABŞ-ın Ohayo ştatının Baltimor şəhərində anadan olub. Gənc yaşlarında nasistlərin vəhşiliklərindən çox eşidib və bundan çox təsrilənib. 1951-ci ildə Ohayo Universitetini bitirib sosiologiya üzrə magistr dərəcəsi alıb. Bir il sonra o, Koreya müharibəsi gedən zaman orduda xidmət etməkdən yayınıb və nasistlərin vəhşiliklərindən təsirləndiyi üçün həm müharibədən, həm də dövlət təzyiqlərindən qorxub.

Bu mənada Mahatma Qandi hərəkatının o dövrdə onun üçün daha cəlbedici olduğu başadüşüləndir. Orduda xidmət etməkdən yayındığına görə o, 9 ay həbs cəzasına məhkum edilib. Həbsdən çıxdıqdan sonra ABŞ-ı tərk edərək İngiltərəyə, daha sonra Norveçə köçür.

1964-cü ildə Oksfordda “Dinc tədbirlərlə hakimiyyətlərin devrilməsi haqqında” mövzusunda doktorluq dissertasiyasını müdafiə etib. Bir il sonra Harvard Universitetinə köçüb və eyni fənni tədris etməyə başlayıb. 1972-ci ildən Massaçusets Universitetinin siyasi elmlər professorudur.

Cin Şarp 1973-cü ildə “Diktator rejimlərinə qarşı dinc mübarizə üçün 198 üsul” adlı əsas əsərlərindən birini nəşr etdikdən sonra dünya miqyasında məşhurlaşıb.

1974-cü ildə Portuqaliyada hakimiyyətin dinc şəkildə dəyişikliyi baş verdikdən bir il sonra ABŞ hakim elitasını bu iş maraqlandırdı. Diktatorluğu demokratiya əvəz etdi və eyni zamanda kommunistlər hakimiyyətə gəlmədi. Bu təcrübə ABŞ üçün bir rubikon xarakter daşıyırdı, çünki o vaxta qədər onların əsas mübarizəsi SSRİ və kommunizmə qarşı idi. Bu mübarizədə amerikalılar istənilən üsuldan istifadə edirdilər.

1975-ci ildə isə İspaniyadakı Franko rejimindən demokratiyaya keçid, nəhayət, amerikalıları sağçı anti-kommunist diktaturalarına güvənməyərək kommunizmə qarşı mübarizə yolunu tapdıqlarına inandırdı.

O vaxtdan bəri Şarpın tədrisi ABŞ siyasi elitasını, güc mərkəzlərini, o cümlədən ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi rəhbərliyini maraqlandırmağa başladı. 1983-cü ildə Cin Şarp rəsmi olaraq “Dünyadakı avtoritar rejimlərə qarşı dinc mübarizə” ilə məşğul olacaq Albert Eynşteyn İnstitutunu qurdu.

Eyni zamanda, institut yarandığı gündən etibarən eyni vaxtda qurulan Milli Demokratik Fondu (NDI), Beynəlxalq Respublikaçı İnstitutu (MPI) və tanınmış RAND Korporasiyası rəsmi şəkildə maliyyə dəstəyi göstərməyə başladı.

Şarp İnstitutu ilə kölgə əməkdaşlığını ABŞ MKİ-nin rəhbərliyi həyata keçirirdi.

Niyə ABŞ tərəfini Cin Şarpın “dinc mübarizə” texnologiyaları ilə maraqlandırdı?

Məsələ burasındadır ki, 1973-cü ilədək, II Dünya müharibəsi başa çatdıqdan sonra ABŞ demək olar ki, bütün bölgələrdə rəqabətini uduzurdu. Əsas müttəfiqi Moskva hesab olunan Afrikada müstəmləkəçiliyə qarşı mübarizə gedirdi. Latın Amerikasında solçu qüvvələrin anti-kommunist diktaturalara qarşı mübarizəsi davam edirdi.

Həmin ərazilərdə xalqların rəğbətinin olduğu yer də ABŞ deyildi. Fidel Kastronun qələbəsindən sonra Kuba bu bölgənin bənzərsiz mübarizəsinin mayakına çevrildi. Cənub-Şərqi Asiya ölkələrində də, amerikalılar ruslara məğlub olur və kommunizm əleyhinə əsasən anti-kommunist diktaturaları vasitəsilə müdafiə olunurdular. Burada Vyetnam anti-Amerikan mayak rolunu öz üzərinə götürdü.
Hətta Qərbi Avropa ölkələrində də ABŞ, SSRİ-nin kommunist təbliğatına qarşı mübarizə aparmaqda çətinlik çəkirdi. Diktator Franko, Salazar və qara polkovniklərin rejimləri, şübhəsiz ki, SSRİ-nin əleyhdarlarına nümunə ola bilməzdi.

1973-cü ildə Çilidə Pinoçet tərəfindən edilən hərbi çevriliş nəhayət ABŞ-ı inandırdı ki, ideoloji rəqabətdə SSRİ-yə tab gətirə bilməyəcək.

DTK MKİ-ni ilk öncə ideoloji cəbhədə məğlub edirdi. Hər yerdə sol qüvvələr sağçı qüvvələr üzərində mənəvi qələbə qazanırdılar. Bunun amerikalıları dərin narahat etdiyi aydın idi. Kubadakı, Vyetnamdakı məğlubiyyətlər Amerikalıları strategiyasını dəyişdirməyə və müdafiə taktikasından hücum taktikasına keçməyə məcbur etdi. Ancaq bunun üçün ideologiya və siyasi texnologiya lazım idi.

Ötən əsrin 70-ci illərinin ortalarından bəri amerikalılar mübarizələrinin strategiyasını tamamilə dəyişdirmək və kommunist diktaturalara qarşı yeni bir cəbhə açaraq diktator rejimlərinə dəstək verməkdən imtina etmək qərarına gəliblər.

1983-cü ildə Cin Şarp İnstitutu rəsmi olaraq “avtoritar rejimlərə qarşı dinc mübarizənin məxməri, zorakı olmayan metodları” ixrac edilən mərkəz olmağa başladı. Beləliklə, Cin Şarp ABŞ-ın “zoraki olmayan inqilablar” texnologiyasının banisi oldu.

Portuqaliya və İspaniyadan sonra 1991-ci ildə Şərqi Avropa, Baltikyanı ölkələr və Rusiyada SSRİ-nin dağılmasından sonra Şarp texnologiyaları tətbiq olundu.

2003-cü ildə Gürcüstanda və bir il sonra Ukraynada istifadə edildi. Bundan sonra Qırğızıstanda tətbiq olundu və 2014-cü ildə yenidən Ukraynada istifadə edildi.

2018-ci ilin aprel ayında Ermənistanda da tətbiq olundu.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: