"QİO" sözünə uyğun 24 nəticə tapıldı!

Ermənistan MN NATO-nun Brüsseldəki sammitinə qatılacaq

2018/06/David-Tonoyan56456_1524743305_1526029154_1526057629_1526708949_1527056540_1528133394_1528455339.jpg
Oxunub: 1050     18:53     08 İyun 2018    
Müdafiə naziri Davit Tonoyanın rəhbərlik etdiyi Ermənistan nümayəndə heyəti NATO-nun sammitində iştirak etmək məqsədilə Brüsselə gedib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, heyət NATO-nun Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyası ilə əlaqədar müzakirələrə qatılacaq.

Səfəri çərçivəsində Tonoyanın NATO Baş katibinin müavini Roza Quttemüller, Yunanıstan Müdafiə naziri Panaqiotis Kammenos, Avropa İttifaqı Xarici Tədbirlər Xidmətinin Baş katibinin müavini Pedro Serrano və digər rəsmilərlə görüşməsi gözlənilir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   NATO