"Propoqanda" sözünə uyğun 12 nəticə tapıldı!

“Axilles dabanı” və ya Rusiya “müharibəyə” niyə Polşadan başlayacaq? - ANALİZ

2018/02/1-(1)5645647_1517922252.jpg
Oxunub: 3380     20:58     06 Fevral 2018    
Polşa Avropada böyük əhəmiyyətə malik dövlətdir. Məhz bu səbəbdən Rusiya yeni müharibəni ekspertlərin əksər hissəsinin təxmin etdiyi kimi Baltikyanı ölkələrdən yox, Polşadan başlayacaq. Moksvanın ilk planı Varşava və Brüsselin münasibətlərini korlamaqla Polşanın Avropa İttifaqı ilə münasibətlərinin pisləşməsinə nail olmaqdır. Bundan sonrasını təxmin etmək isə o qədər də çətin deyil.

Qərbi Avropada Polşanın mühüm dövlət olmasına baxmayaraq bəzən Varşava da münaqişələrdən kənarda qalmır və məhz bu münaqişələri bir çox hallarda Rusiya “qızışdırır”. Münaqişələrə cəlb olunan Polşa isə Avropa üçün əhəmiyyətini itirir və bu barədə artıq Polşa KİV-lərində yetərincə analiz və ekspert rəyləri dərc edilib.

Moskvanın xarici siyasətdə əsas hədəflərindən birinin Polşanın Avropa İttifaqından ayrılmasına nail olmaqda ifadə edilməsi silahlanmamış gözlə də görünür. Bundan sonra artıq planın ikinci mərhələsinə - hərbi hücuma keçmək olar.

Bir çox NATO hərbçiləri və Qərb ekspertləri Moskvanın müaribəyə, əsl müharibəyə hazırlaşdığını hər kəsə bəyan etməyə çalışırlar. Hətta Belarus vasitəsilə həyata keçiriləcək hücuma dair planların olduğunu iddia edənlər də var. Lakin müharibəni başlamaq üçün Kreml öz yeni doktrinasına uyğun olaraq propoqanda müharibəsində üstünlük əldə etməlidir.

Jurnalistlərin fikrincə, Rusiyanın planı belədir: düşmən, yəni Qərbin vahidliyi pozulmalı və oradakı dövlətlər arasında münasibətlər pozulmalıdır. Bundan sonra isə müasir vasitələrlə qədim döyüş fəlsəfəsinə riayət də etmək olar – parçala və hökmranlıq et!

Bəs belə fikirlərin yaranmasına səbəb nədir? Bənzər mövqelər haradan qaynaqlanır? Yalnız 3.0 müharibəsinə həsr edilən ixtisaslı rus ədəbiyyatını oxumaq kifayət edir. O qədər də analitik olmayan mütaliə, onun “Mein Kampf”a bənzərliyini müşayiət etmək üçün yetərlidir.

Əgər Moskva Polşanı izolyasiya etməyə nail olsa, Kreml artıq “propoqanda müharibəsi”ndə qalib gəlmiş olacaq.

Bəs polşalıları Rusiya propoqandasında belə qorxudan, bu propoqandanın uğur qazanacağına dair əminlik yaradan səbəb nədir? Axı digər Qərbi Avropa ölkələrində Rusiyanın əks-təbliğatı daha güclüdür. Polşalı jurnalistlərin fikrincə, sən demə Kreml Polşada mövcud olan daxili gərginlikdən uğurla istifadə edə bilib. İndi isə polşalılar hesab edirlər ki, əsas təhlükə Qərbdən gələn qaçqınlardır. Axı Qərb qaçqınlara qarşı Şərqi Avropa dövlətlərindən fərqli olaraq ürəyiaçıqdır.

Slavyan xalqları arasında xüsusilə məşhur olan “Onet” portalında polşalı jurnalist Kazimej Vuyçitski tərəfindən dərc edilən məqalədə Putinin Avropa İttifaqı və Polşa ilə bağlı mövqeyi belə göstərilir:

“Avropa İttifaqı dağılmalıdır, Rusiya isə məğlubedilməz güc dövlətinə çevrilməlidir. Qərbdə xristianlığı məhv gözləyir, DTX-çı Putin isə onu müdafiə edəcək. Ukrayna ilə onlar Kremlin mövqeyini anlayanadək barışmaq olmaz. Bütün proseslərin nəticəsi olaraq artıq Polşada Rusiyadan yox, Qərbdən ehtiyat ehtiyat edirlər”.

Baş verən proseslərin fonunda Polşa Avropadakı mühüm mövqeyini itirir, polşalı siyasətçilər isə ölkədaxili mübahisə və fikir ayrılıqlarının öhdəsindən necə gəlməli olduqlarını bilmirlər. Putinin propoqandası isə nə qədər qəribə görünsə də, polşalıları Qərbdən olan müttəfiqləri ilə uzaqlaşdırır...

Beləliklə, Kremlin Polşada başladığı və inkişaf etdirdiyi “propoqanda müharibəsi”nin ssenari xətti öncə Polşanın, ardınca isə Avropa İttifaqının əvvəlcə zəifləməsi, sonra isə dağılması ilə inkişaf edəcək. Lakin bundan öncə Varşava və Brüssel arasında narazılıçılıq olacaq və polşalılar Avropa İttifaqından çıxacaqlar.

Yeri gəlmişkən, bu mövqe ilə bağlı fakt və sübutların sayı o qədər də çox deyil. Axı Varşavanın Avropa İttifaqından çıxmaq barədə qərarı həqiqətən də axmaqlıq olardı. Hazırda Polşa Aİ-nin ən böyük 6-cı iqtisadiyyatına malikdir və deyəsən, məhz polşalı jurnalist-ekspertlərin fikirləri bu uğurun üzərindən xətt çəkəcək.

Polşa ilə Avropa İttifaqı arasında mövcud olan fikir ayrılığının əsas səbəbi isə Putin deyil. Varşava özünün məhkəmə sahəsindəki antidemokratik islahatlarla Brüssellə fikir ayrılığının yaranmasına səbəb olur.

Hərçənd maraqlıdır, artıq Brüsseldə Polşaya qarşı sanksiyaların qəbul edilməsi ilə bağlı şayiələr artıq rəsmi mövqeyə qədər inkişaf edib və deyəsən, Kremlin siyasi şahmat taxtasındakı növbəti gedişi də rəqibin bir fiqurunun alınması ilə nəticələnəcək. Lakin bu fiqurun hansı olduğu hələ bəlli deyil, o, qara qutudadır, çünki onun əhəmiyyəti planın realizə olunmasından – Polşa Aİ-dən çıxdıqdan sonra qutunun qapağının qaldırılması ilə bəyan olacaq. Maraqlıdır, görəsən, Rusiya Polşa ilə bağlı planını realizə edə bilsə, Avropa İttifaqının “Axilles dabanı” vurulmuş olacaqmı?

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Polşa   Rusiya