"Pars" sözünə uyğun 64 nəticə tapıldı!

Türkiyə donanmasının gəmiləri yeni RLS sistemləri ilə təkmilləşdirilib - FOTO

2019/03/thumb-3105785874.jpg
Oxunub: 783     11:11     18 Mart 2019    
Türkiyə milli gəmiləri sualtı, torpedo kimi hədəf və təhdidlərin aşkarlanması təqib edilməsi mənasında daha üstün özəlliklərə sahib yeni radiolokasiya sistemi ilə təchiz edilib.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə “METEKSAN Savunma” firmasının Baş direktoru Selçuk Kərəm Alparslan bildirib.


Onun sözlərinə görə, MİLGEM-lərdə uğurla istifadə edilən “Yakamos Karinaya Quraşdırılmış RLIS Sistemi”ni istehsal edən “METEKSAN Savunma” MİLGEM gəmilərinin davamı və İ sinifli freqatlar üçün ortaya qoyduğu “Yakamos” 2020-ci ildə bu sahədəki iddiasını böyüdüb.

“Milli RLS sistemi, Hərbi Dəniz qüvvələri Araşdırma Mərkəzi Komandanlığı və TÜBİTAK tərəfindən dizaynlaşdırılmış innovativ, milli sistemdir. Bu sistemin bir məhsul olması üçün digər korvet və freqatlarımıza uyğunlaşdırılması və dünya pazarına çıxarılması məqsədilə “METEKSAN Savunma”ya tapşırıq verildi. Həmin tarixdən etibarən mühəndislik və texnologiya investisiyaları etdik, lazımı şərtləri təmin etdik, ləvazimatlarından, proqram təminatına qədər sistemə hakim olaraq araşdırma və təkmilləşdirmə işləri görülmüş bu sistemi sənayeləşdirdik”, - deyə Alparslan əlavə edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   RLS   MİLGEM