"PQA" sözünə uyğun 6 nəticə tapıldı!

Fransa Silahlı Qüvvələri PQA-lar alacaq

2018/01/IMG-20180116-WA0011_1516120860.jpg
Oxunub: 699     20:38     16 Yanvar 2018    
“ECA Group” Fransa Müdafiə Satınalma Agentliyinin “SMINEX” proqramı çərçivəsində 30 milyon dollarlıq kontrakt imzalayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, “ECA Group” müqaviləni imzaladığını elan edib.

Müqaviləyə əsasən kompaniya Fransa ordusuna partlayıcı qurğuları zərərsizləşdirmək üçün hazırlanmış 15 ədəd “İguana E” Pilotsuz Quru Aparatı (PQA) çatdıracaq.

Müqavilə texnikanın texnoloji hazırlığını, tədarükünü və təmirini əhatə edir.

Qeyd edək ki, SMINEX Fransa Silahlı Qüvvələrinin partlayıcı qurğuları zərərsizləşdirmə texnologiyası ilə bağlı ilk proqramıdır. Proqram Fransa Quru Qüvvələrinə, donanmasına və aviasiya qüvvələrinə fərdi müdafiə geyimləri, əl detekdorları, X-Ray sistemləri və PQA-ların tədarükünü nəzərdə tutur.

Ağalar Ağalarlı
Ordu.az


Teqlər: Fransa-ordusu   SMINEX  


Xəbər lenti