"PDM-2" sözünə uyğun 48 nəticə tapıldı!

102-ci hərbi baza ikitərəfli taktiki təlimlərə başlayıb

2018/08/456456_1534400293.jpg
Oxunub: 876     14:16     16 Avqust 2018    
Rusiya Federasiyasının Cənub Hərbi Dairəsinin Ermənistanda dislokasiya olunan 102-ci hərbi bazasının hərbi qulluqçuları “Kamxud” təlim mərkəzində bölüyün ikitərəfli taktiki təlimləri çərçivəsində döyüş atışları ilə dağ çayları və maneələri dəf ediblər.

Ordu.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Federasiyasının Cənub Hərbi Dairəsinin mətbuat xidməti yayıb.

Su maneələrini dəf etmədən öncə hərbi qulluqçularla PDM-2 zirehli texnikası ilə su maneələrinin dəf edilməsi, manevr edilməsi və geriyə doğru hərəkət üzrə təlim metodiki məşğələ keçirilib.

Bölüyün taktiki təlimləri ərzində hərbi qulluqçular zirehli texnikalar vasitəsilə ən yüksək sürətlə 100 m uzunluğunda dağ çaylarını, o cümlədən maneələri dəf etməklə şərti rəqibin batan zirehli texnikalarının yanı ilə dönmə və manevrlər icra ediblər.

Qeyd edək ki, Ermənistanda bölüyün ikitərəfli taktiki təlimlərində ümumilikdə 500-dən çox hərbi qulluqçu və 100-dən artıq hərbi texnika, o cümlədən PUA-lar cəlb edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: 102-baza   CHD   Təlim