"PAP" sözünə uyğun 100 nəticə tapıldı!

“Köçəryanın müdafiəçisinin sərt bəyanatı Bakı tərəfindən...” - Papyan

2019/04/f5714-1554105968.jpg
Oxunub: 1205     17:37     17 Avqust 2019    
“Birincisi “azad edilmiş ərazilər”in (işğal edilmiş əraziləri nəzərdə tutur-red.) Qarabağın (qondarma qurum-red.) tərkibində olub-olmamasına dair qiymətləndirmə aparmaq müdafiəçinin səlahiyyətlərinə aid deyil. O, açıq-aydın səlahiyyət həddini aşıb”

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri “Modus Vivendi” mərkəzinin rəhbəri Ara Papyan Robert Köçəryanın müdafiəçisinin 2008-ci ilin mart ayının 1-də işğal altında olan Qarabağdan hərbi taborun gətirilməsinə dair verdiyi qalmaqallı açıqlamaya münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Köçəryanın müdafiəçisi elə bir açıqlama verib ki, indi özü də buna peşman olub.

“Olduqca sərt, əxlaqsız bəyanat verib. Çünki bu, Bakı tərəfindən spekulyasiya edilə bilər və əminəm ki, istifadə edilir. Qarabağın (qondarma qurum-red.) “konstitusiyası” mövcuddur. Bu “konstitusiya”da azad edilmiş ərazilər (işğal edilmiş əraziləri nəzərdə tutur-red.), məsələnin son həllinədək Qarabağın (qondarma qurum-red.) tərkibi hesab olunur. İndi məsələnin yekun həlli olmadığı bir vaxtda, bu 2008-ci ildə də belə olub və bu sənədə görə həmin ərazilər Qarabağın (qondarma qurum-red.) tərkib hissəsidir”, - deyə Papyan bildirib.

O qeyd edib ki, əgər “1 Mart” hadisələri zamanı 700 zabit və gizir cəbhə xəttindən aparılıbsa, deməli ən azı 7000 əsgər rəhbərsiz qalıb və Azərbaycan bundan istifadə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: 1-Mart   Ermənistan