" ORSİS " sözünə uyğun nəticə tapıldı!

"ORSİS" - (48 )

Rusiyanın ORSIS şirkətindən Tonoyana cavab verilib

2019/11/Orsis-1573023691.jpg
Oxunub: 635     12:58     06 Noyabr 2019    
“Ermənistan silahlı qüvvələrinin uğursuz tenderində iştirak etmiş ORSIS şirkətinin məhsulu Ermənistan hərbçiləri tərəfindən dəfələrlə uğurla istifadə olunub və yerli mütəxəssislərlə məsələlərə səbəb olmayıb”.

Ordu.az xəbər verir ki, bunu şirkətin rəsmi nümayəndəsi “RİA Novosti” xəbər agentliyinə bildirib.

O qeyd edib ki, məhsulun əhəmiyyəti ilə bağlı manipulyasiyalar tamamilə əsassızdır.

“Bu cür məsələlər test üsulu ilə, döyüş-texniki xüsusiyyətlərin tələblərinə uyğun şəkildə və bilikləri sual doğuran ekspertlərə istinad edilməyərək həll edilir. Qeyd edim ki, şirkətimiz tərəfindən təklif olunan məhsul Ermənistanda dəfələrlə uğurla sınaqdan keçirilib. Bunlar sonuncu dəfə 2018-ci ilin dekabrında sınaqdan keçirilib və özlərini ən yaxşı tərəfdən göstərib”, - deyə şirkət nümyəndəsi bildirib.

Onun sözlərinə görə, Ermənistan İstintaq Komitəsində Tonoyanın xatırlatdığı “cinayətkar əməllər” ORSIS-in maraqlarını təmsil edən vəkilin müraciəti əsasında aşkar edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ORSİS   Ermənistan