" Oğurluq " sözünə uyğun nəticə tapıldı!

"Oğurluq" - (71 )

Ermənistan ordusunda itki, yaralanma, fərarilik və korrupsiya hadisələri – AYLIQ HESABAT

2019/06/fed88-1561786573.jpg
Oxunub: 1794     10:50     31 Oktyabr 2019    
Ordu.az 2019-ci ilin oktyabrın 1-dən 31-nə kimi Ermənistan ordusunda qeydə alınan itki, yaralanma, korrupsiya və qəza faktı ilə bağlı hadisələrin hesabatını təqdim edir.

Oktyabr ayının nəticələrinə görə, Ermənistan ordusunda 2 ölüm (təxribata cəhd nəticəsində) hadisəsi qeydə alınıb.

Düşmən ordusunda bu ayın rəsmi və qeyri-rəsmi statistikasına əsasən, 14 düşmən hərbçisi (7-si qəza, 3-ü döyülmə, 1-i təxribata cəhd, 1-i sui-qəsdə cəhd, 1-i silahla davranış qaydalarının pozulması nəticəsində, 1-i isə naməlum şəraitdə) yaralanıb. Bununla yanaşı, 15 zərhərlənmə faktı, o cümlədən 1 hərbi qulluqçunun əməliyyat edilməsi də qeydə alınıb.

Həmçinin ən azı 7 korrupsiya, 2 fərarilik, 2 oğurluq, 1 zorlama faktı da aşklarlanıb.

1 oktyabr

Ayın ilk günündə, Ermənistan ordusunun diversiya qrupu Qazax rayonu istiqamətində təxribata cəhd etdi. Nəticədə təxribata cəhd edərkən bir müqaviləli erməni hərbi qulluqçu yaralandı və növbəti gün öldü.

Erməni hərbi qulluçunun sağ çiyin nahiyəsindən aldığı parçalanmış küt yara nəticəsində öldüyü bildirildi.

2 oktyabr

İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində üzləşdikləri qanunsuzluqlar, haqsızlıqlar və yersiz təzyiqlər səbəbindən hərbi xidmətdən yayınanların, eləcə də döyüş növbətçiliyi aparmaqdan imtina edənlərin sayı günbəgün artır.

Ermənistan ordusunda tabor komandirinin müavini- qərərgah rəisi vəzifəsində xidmət edən mayor Davit Hayrapetyan hərbi hissəni icazəsiz tərk etdikdən sonra Çəmbərək Hərbi Polisinə gələrək izahat yazmış və həmin hərbi hissədə xidmət etmək istəmədiyini bildirib.

*****

İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində qeyri döyüş şəraitində yaralananların sayı günbəgün artır.

Narek Asatryan adlı hərbi qulluqçu naməlum şəraitdə yaralanıb və hərbi qulluqçuya ilkin tibbi yardım göstərilib.

Hadisə mətbuatdan və ictimaiyətdən gizlədilsə də faktla bağlı cinayət işi başlanılıb.

*****

İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində vəzifə səlahiyyətlərini aşma, əsgərlərdən qeyri-qanuni pul toplama və rüşvət alma hallarına görə cinayət məsuliyyətinə cəlb edilən zabitlərin sayı durmadan artır.

Bu günlərdə əsgərlərdən qeyri qanuni pul toplamaya görə işğalçı ordunun daha bir zabiti həbs edilib.

Bildirilir ki, Ermənistan ordusunda bölük komandiri vəzifəsində xidmət edən Hovannes Vardanyan vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə və əsgərlərdən rüşvət aldığına görə həbs edilib. Şəxsi heyətlə söhbət zamanı məlum olub ki, sonuncu dəfə bölük komandiri H. Vardanyan bölüyün 27 nəfər hərbi qulluqçusundan 62.20 min dram pul toplayıb, eləcə də əsgərlər zabitin bu addımı dəfələrlə törətdiyini deyiblər.

3 oktyabr

Saat 18:20 radələrində, Ermənistan ordusunun müqaviləli hərbi qulluqçusu, Muşeğ Jirayr Abovyan Ermənistan-Azərbaycan sərhədində (Tavuş vilayəti istiqaməti) təxribat törətməyə cəhd edərkən məhv edilib.

Hərbi qulluqçunun ölümünü Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Hovhannisyan da təsdiqləyib.

*****

İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində xidmət edən hərbi qulluqçuların mülki əhaliyə qarşı törətdiyi daha bir cinayət hadisəsinin üstü açılıb.

İşğalçı Ermənistan ordusunun Madagiz istiqamətində yerləşdirilən hərbi hissəsində xidmət edən Qaqik Ter-Qazaryan və Artur Ohanyan adlı hərbi qulluqçular qısa müddətli məzuniyyətdə olarkən kimsəsiz qadının evini qarət ediblər.

Cinayəti mülki geyimdə törətdiklərinə görə ilk olaraq faktla bağlı mülki prokurorluq araşdırma aparıb.

Oğurluq edənlərin hərbçi olduqları məlum olduqdan sonra isə faktla bağlı başlanılan cinayət işi hərbi polisin müstəntiqlərinə təhvil verilib.

Hərbi polis tərəfindən həbs edilən Q.Ter-Qazaryan və A.Ohanyanın başqa hadisələrdə də əlinin olub olmadığı araşdırılır.

*****

İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində xidmət edən hərbi qulluqçular arasında silah-sursatın hərbi hissələrdən oğurlanaraq satılmasına görə cinayət məsuliyyətinə cəlb edilənlərin sayı çoxalır. Bu günlərdə quldur dəstəyə döyüş sursatlarını satmaqda şübhəli bilinən hərbçi Milli Təhlükəsizlik Xidməti əməkdaşlarının diqqətini cəlb edib.

Ağdərə yaşayış məntəqəsində yerləşdirilən işğalçı ordunun hərbi hissəsində, 2015-ci ildən müqaviləli hərbi xidmətdə olan Artur Poğosyan xüsusi xidmət orqanları əməkdaşları tərəfindən saxlanılıb.

Milli Təhlükəsizlik Xidmətinin Ağdərə üzrə əməkdaşı D. Qriqoryan tərəfindən silah-sursat oğurlayıb satmaqla məşğul olan Artur Poğosyan barəsində sənədlər və məlumatların təqdim edilməsi haqqında hərbi hissəyə sorğu göndərilib.

A. Poğosyandan başqa bu işdə digər hərbçilərin iştirakı araşdırılır.

*****

İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində bir-birinə qarşı fiziki və cinsi təzyiqlər zəminində cinayət halların qarşısı alınmadığından belə faktların sayı artmaqda davam edir. Bu günlərdə tabelikdə olanların cinsi təzyiqə və istismara məruz qoymaqla bağlı daha bir cinayətin üstü açılıb.

İşğalçı Ermənistan ordusunda tabor komandirinin texnika üzrə müavini mayor Artuşer Ohanyan taborda xidmət edən əsgər Levon Avanesyanı cinsi istismara məruz qoyub.

Mayor əsgərin susması və bu işə mütəmadi razı olması müqabilində onu məzuniyyətə göndərəcəyinə və xidmətinin rahat keçməsinə şərait yaradacağına söz verib.

Lakin mayorun verdiyi sözə əməl etmədiyindən qəzəblənən əsgər L. Avanesyan baş verənlər barədə “zampolitə” danışıb.

4 oktyabr

Ermənistanın Araqatsotn vilayətində, Marqara-Böyük Qarakilsə (Vanadzor) avtomobil yolunun 54-cü km hissəsində 4 avtomobil toqquşub.

“Lexus GX 450” markalı “70 RR 900” nömrəli, “VAZ 2106” markalı “35 OT 965” nömrəli, “Opel” markalı “36 AT 003” nömrəli və daha bir “Opel” markalı “36 LR 029” nömrəli avtomobillərin toqquşması nəticəsində 5 nəfər yaralanıb.

Hadisə yerində olanlar bildiriblər ki, yaralıların içində Ermənistan Müdafiə Nazirliyinin müqaviləli hərbi qulluqçuları da olub. Avtomobillərdən birində isə hərbi geyim tapılıb.

*****

Ermənistanın Tavuş vilayətinin Koti kəndi istiqamətindən mövqelərimizə qarşı təxribata cəhd edərkən daha bir müqaviləli erməni hərbi qulluqçusu Yeğişe Çaxmaxyan yaralanıb.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyanın məlumatına görə, hərbi qulluqçu çiyin nahiyəsindən yaralanıb.

*****

Həmin gün, saat 17:00 radələrində Ermənistanın Noyemberyan rayonunun sərhəddə yerləşən Bağanis kəndinin sakini Alik Asatryan və Koğb kəndinin sakini Sasun Yerknapeşyan yaralı vəziyyətdə tibb mərkəzinə köçürülüb.

Məlumata görə, Alik Asatryan müqaviləli hərbi qulluqçudur. Onlar Noyemberyandakı dağlarda traktorla hərəkət edərkən qəzaya düşüblər.

Tibb Mərkəzindən bildirilib ki, A.Asatryan ağ ciyər, S. Yerknapeşyan isə qoltuq nahiyəsindən xəsarət alıb. Onlar Noyemberyan xəstəxanasında tibbi yardım aldıqdan sonra, İrəvanın "Erebuni" Tibb Mərkəzinə təxliyyə ediliblər.

9 oktyabr

Oktyabrın 9-da, saat 00:10 radələrində naməlum şəxs tərəfindən İrəvanın Nor Nork polis bölməsinə Vilnyus küçəsində yerləşən binalardan birində mübahisə baş verdiyi barədə məlumat daxil olub.

Müəyyən olub ki, qeyd edilən binanın sakinləri - 50 yaşlı T. Eduard, 42 yaşlı K. Tiqran, 31 yaşlı Q. Mariya, 60 yaşlı S. Marqo və Abovyan şəhər sakini - 27 yaşlı X. Koryun arasında mübahisə olub.

İrəvanda baş vermiş dava faktına dair materiallar Nor Nork polis bölməsinin istintaq şöbəsində hazırlanır.

Müəyyən olub ki, Q. Mariya mübahisə zamanı stul ilə mübahisənin digər iştirakçısı - eyni bina sakini, 46 yaşlı K. Emmaya zərbə vurub. T. Eduard və K. Emma isə müxtəlif bədən xəsarətləri alaraq “Müqəddəs Qriqor Lusavoriç” tibb mərkəzinə yerləşdirilib.

Bundan başqa, mübahisə zamanı X. Koryun da müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Məlumatlara görə, K. Emma və T. Eduard Vazgen Sarkisyan adına hərbi universitetdə işləyir, T. Eduard rütbəcə polkovnikdir, X. Koryun isə vilayətlərdə fəaliyyət göstərən idman və fitnes mərkəzlərindən birində məşqçidir.

*****

Həmin gün, saat 16:30 radələrində Ermənistanın Ağrı dağı (Ararat) vilayətində avtoqəza baş verib. “Opel” markalı “36 GR 295” markalı avtomobilin sürücüsü İrəvan-Arazdəyən (Yerasx) avtomobil yolunun Məçitli (Nor Kyank) kənd inzibati ərazisində hərəkət zolağından çıxaraq əvvəlcə söyüd ağacına, daha sonra isə “Erməni Mətbəxi” adlanan binanın taxta hasarına çırpılıb.

Hadisə yerinə toplaşanlar bildirib ki, sürücü Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində müqaviləli hərbi qulluqçu kimi xidmət edir. Sürücü isə yol polislərinə bildirib ki, hadisəyə səbəbkar yük maşını olub.

10 oktyabr

İrəvan şəhərinin Şenqavit inzibati rayonunun sabiq rəhbəri Armen Sarkisyan 2016-cı il Aprel döyüşləri zamanı bir neçə avtomobili işğal altında olan Qarabağa göndərməyərək öz yaxınlarına hədiyyə etməkdə şübhəli bilinir.

Armen Sarkisyan vəzifədə olduğu vaxt 2016-cı il Aprel döyüşləri zamanı avtomobillərin xeyriyyə məqsədilə Qarabağa aparılması bəhanəsilə rəhbərlik etdiyi inzibati rayon ərazisində fəaliyyət göstərən müxtəlif sahibkarlardan müxtəlif miqdarlara çatan məbləğlər toplayıb.

Sabiq erməni başçı elə həmin il topladığı məbləğlərlə Rusiya Federasiyasından “VAZ 21214” markalı avtomobillər alıb, lakin qeyd edilən nəqliyyat vasitələrini Qarabağa göndərmək əvəzinə öz yaxınlarına hədiyyə edib.

11 oktyabr

Ermənistan Müdafiə Nazirliyinin Artik Hərbi Komissarlığının Hərbi Xidmətə Çağırış şöbəsinin müfəttişi Artak Manukyan müttəhim kürsüsündə görünüb.

Manukyan Ermənistan Müdafiə Nazirliyinin Artik Hərbi Komissarlığının Hərbi Xidmətə Çağırış şöbəsinin müfəttişi olmaqla, 2012-ci il yaz hərbi çağırışı zamanı, Tibb Komissiyasının iclasından sonra Şirak vilayətinin Talıboğlu (Lusakert) kənd sakini Anuşavan Karapetyana yaxınlaşıb və müəyyən məbləğ qarşılığında onu hərbi xidmətdən azad etmək üçün prosesə başlamağı təklif edib.

Manukyan rüşvət almaq bəhanəsilə Anuşavan Karapetyandan 1 175 164 erməni dramı dəyərində 2800 ABŞ dolları alıb.

Əsgər Anuşavan Karapetyan da müttəhim kürsüsünə dəvət olunub. O, 2012-ci ildə Çalmaxçı (Nork) Psixoloji Tibb Mərkəzi ərazisində Manukyana 2800 ABŞ dolları pul verdiyini bildirib.

12 oktyabr

İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində xidmət keçən hərbi qulluqçularının sosial-məişət şəraitinin acınacaqlı olması əsgər valideynləri üçün ürək ağrısına çevrilib.

İşğalçı Ermənistan ordusu rəhbərliyinin guya yeni qidalanma sisteminə keçməsi, daha keyfiyyətli yeməklə təmin edilməsi barəsində az qala hər gün yayılan xəbərlər valideynləri aldatmaqdan başqa bir şey deyil.

Tərxis olunan bəzi əsgər valideynlərinin Ermənistan müdafiə nazirliyinin qaynar xəttinə qidanın keyfiyyətsiziliyi ilə bağlı etdiyi zənglər hərbi qulluqçuların yeməyində yeniliklərin olması barədə məlumatların yalan olduğunu təsdiq edir.

Bu günlərdə Ermənistan ordusunun hissələrindən birində kütləvi zəhərlənmə hadisəsi qeydə alınıb. Hospitala göndərilən əsgərlərdən birinin yaxın qohumunun dediyinə görə şam yeməyində istifadə müddəti çoxdan bitmiş pendir yeyən 15 erməni əsgəri zəhərlənib. 5 hərbi qulluqçunun vəziyyəti nisbətən qənaətbəxş olduğuna görə onlar hərbi hissənin tibb məntəqəsində saxlanılıb. Qida zəhərlənməsi nəticəsində vəziyyəti ağır olan 10 əsgər isə təcili yardım maşınları ilə hospitala təxliyə olunub.

*****

İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində müxtəlif xəstəliklərə məruz qalan əsgərlərin müalicəyə göndərilməməsi, yaxud yalnız xahiş-minnətlə tibb müəssisəsinə yerləşdirilməsi artıq adi hala çevrilir.

Bu günlərdə müalicəyə göndərilməyən daha bir əsgər Davit Karapetyanın valideynləri övladlarından nigaran qaldıqları üçün hərbi komissarlığa müraciət ediblər.

Bildirilir ki, işğalçı Ermənistan ordusunun “Yeğnik” təlim mərkəzində xidmət edən hərbi qulluqçu Davit Karapetyan səhhətində ciddi problemlər olmasına baxmayaraq komandanlıq onu müalicəyə göndərmək istəmir.

Əsgərin valideynlərinin müraciətindən sonra yüksək vəzifə tutan A.Bağdasar hərbi qulluqçunun təcili tibb müəssisəsinə göndərilməsi barədə hissə komandirindən “xahiş edib”.

Əsgərin valideynləri xəstə övladlarının sağlamlığının günü-gündən pisləşdiyini deyirlər.

14 oktyabr

İşğal altında olan Qarabağın Cəbrayıl rayonunda həkimlər 18 yaşlı erməni hərbi qulluqçu Hayk Xaçatryanın üzərində (qarın nahiyəsindən) 5 saat yarım davam edən əməliyyat keçirib.

Məlumata görə, o, işğal altında olan Xocavəndin Hadrut yaşayış məskənində yerləşən hərbi hissədə qulluq edir.

15 oktyabr

İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrindən birində baş verən növbəti cinayət hadisəsinin araşdırılması qalmaqala səbəb olub.

İşğalçı Ermənistan ordusunun Ermənistandan olan hərbçisinin “qarabağlı erməni” əsgərlə davasının şahidi olan digər hərbi qulluqçu uydurma izahatla cinayət məsuliyyətinə cəlb oluna bilər.

Xankəndindən olan Sasun Hayrapetyan adlı əsgərin yaxınlarının bildirdiyinə görə, hadisənin şahidi olmasına baxmayaraq, müstəntiq ondan rüşvət tələb edib. Pulu ödəməkdən imtina edən S. Hayrapetyan uydurma izahata imza atmağa məcbur edilərək, cinayətin iştirakçısı kimi cinayət məsuliyyətinə cəlb olunma təhlükəsi ilə üzləşib.

S. Hayrapetyanın yaxınları bildirib ki, əgər işi aparan müstəntiq hadisə ilə bağlı mövqeyini dəyişməsə, onlar Ermənistan Respublikası Baş Prokurorluğuna müraciət edəcəklər. Hadisənin şahidi olan iki hərbi qulluqçu S. Hayrapetyanın günahsız olduğunu öz izahatlarında yazıblar.

*****

İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrindən birində baş verən sui-qəsd hadisəsi nəticəsində zabit hospitala yerləşdirilib.

İşğalçı Ermənistan ordusunun 6-cı dağ atıcı alayının yanacq xidməti rəisi Marat Mirzəyan adlı hərbi qulluqçusu kimyəvi turşu buxarından zəhərlənmə nəticəsində böyrək çatışmazlığı diaqnozu ilə təcili hospitala yerləşdirilib.

Xidmət rəisinin sui-qəsd hadisəsi nəticəsində zəhərlənərək hospitala yerləşdirilməsi faktı hərbi polis tərəfindən arşıdılır. Həkimlər hərbi qulluqçunun vəziyyətinin ağıq olduğu bildiriblər.

Hadisə ilə bağlı dindirilənlər tərəfindən yanacq xidməti rəisi M. Mirzəyanın vəsifəsindən sui istifadə edərək külli miqdarda yeyintiyə yol verməsi, işin üstünün açıldığına görə isə özünə qəsd etməyə cəhd etməsi iddia edilir.

18 oktyabr

Ermənistanın Armavir vilayətində, İrəvan-Armavir avtomobil yolunun 26-cı km hissəsində - “Lentras” kimi tanınan ərazidə “Land Rover” markalı “55 XX 090” markalı avtomobillə “Mercedes C180” markalı “35 UZ 633”markalı avtomobil toqquşub.

Saat 20:45 radələrində baş vermiş qəza nəticəsində 3 nəfər müxtəlif bədən xəsarətləri alaraq “Üçmüədzin” tibb mərkəzinə yerləşdirilib.

Məlumata görə, “Mercedes” markalı avtomobilin sürücüsü Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində zabit kimi, “Land Rover” markalı avtomobilin sürücüsü isə Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində müddətli hərbi qulluqçu kimi xidmət edir.

*****

İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrindən birində nizamnamədənkənar münasibətlər zəminində daha bir cinayət hadisəsi baş verib.

İşğalçı Ermənistan ordusunun hərbi qulluqçuları Simon Tirosyan və Hayk Avedisyan arasında dava baş verib.

“Zampolit” E.Polyanın raportuna əsasən hər iki hərbçinin izahatı alınaraq hərbi polisin müstəntiqlərinə təqdim edilib. Əsgərlərdən biri hərbi hospitala, digəri isə həbsə göndərilib.

*****

İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrindən birində daha bir qeyri-döyüş itkisi hadisəsi qeydə alınıb.

İşğalçı Ermənistan ordusunun 2001-ci il təvəllüdlü hərbi qulluqçusu Edqar Xanağyan təhlükəsizlik qaydalarını pozduğuna görə ağır xəsarət alıb.

Hadisə ictimaiyətdən gizlədilir. Müxtəlif bədən xəsarətləri alan hərbi qulluqçu E. Xanağyan hərbi hospitala yerləşdirilib.

22 oktyabr

Ermənistan Müdafiə Nazirliyi hərbi hissəsinin Radio Kəşfiyyat və Naviqasiya Mərkəzinin rəisi A. Xaçatryan müttəhim kürsüsündə ortaya çıxıb.

Məlumata görə, başqa bir hərbi hissənin hərbi qulluqçusu, leytenant H. Xaçatryan Radio Kəşfiyyat Mərkəzinə köçürülmək istəyi ilə A. Xaçatryana müraciət edib.

A. Xaçatryan H. Xaçatryanın qeyd edilən mərkəzə köçürülməsi prosesini təşkil etmək üçün yuxarılarla razılığa gəlib və deyib ki, bu prosesin həyata keçirilməsi üçün 965.140 erməni dramı dəyərində 2000 ABŞ dolları lazımdır.

Razılaşmaya əsasən, həmin gün H. Xaçatryan A. Xaçatryana əvvəlcə 868.626 erməni dramı dəyərində 1800 ABŞ dolları verib, 96.514 dram dəyərində 200 ABŞ dollarını isə H. Xaçatryan A. Movsisyanın vasitəçiliyi ilə A. Xaçatryana göndərib.

23 oktyabr

Ermənistanın Vayots Dzor vilayətinin sakini - 40 yaşlı A.M idarə etdiyi “VAZ 21013” markalı “35 XԼ 137” nömrəli avtomobil ilə İrəvan-Meğri avtomobil yolunun 122.7 km hissəsində eyni vilayətin sakini - 45 yaşlı Z.M-nı vurub. Bir neçə saat sonra isə Z.M xəstəxanada ölüb.

Məlumatlara görə, açılmış cinayət işi Ermənistan İstintaq Komitəsinin Dərələyəz mahalı (Vayots Dzor vilayəti) istintaq idarəsinə göndəriləcək, sürücü A.M isə Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində müqaviləli hərbi qulluqçu kimi xidmət edir.

24 oktyabr

Ermənistan ordusunun müddətli hərbi qulluqçusu Sünik vilayətinin (Zəngəzur mahalı) Qapan şəhərində yerləşən "N" saylı hərbi hissəni özbaşına tərk edib.

Ermənistan Müdafiə Nazirliyi və hərbi qulluqçunun qohumları fərarilik faktını təsdiqləyib.

25 oktyabr

İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində baş verən hadisəni araşdıran müstəntiqin əsl canini gizlətmək məqsədilə saxta cinayət işi ilə başqa bir günahsız hərbi qulluqçunu ittiham etdiyi ortaya çıxıb.

Ağdərə hərbi polisindən Vahaq Avenisyan zəng edərək kürd əsilli hərbçi Armen Asiryanın təcili Artaşata məhkəməyə gətirilməsini tələb edib.

Yaxınlarının dediyinə görə, müstəntiq əsl cinayətkarı gizlətmək məqsədilə saxta cinayət işi ilə A.Asiryanı həbs etdirmək istəyir.

Məhkəmə prosesi qapalı keçirilir və faktla bağlı ictimaiyyətə məlumat verilmir.

*****

İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində xidmət edən hərbi qulluqçuların buraxılışda, yaxud qısamüddətli məzuniyyətdə olarkən müxtəlif cinayətlər törətməsi adi hala çevrilib.

Hayko adlı zabit hərbi hissənin əməliyyat növbətçisinə zəng edərək K.Narimanyan soyadlı hərbi qulluqçunun cinayət törətdiyini və yerli polis şöbəsinin əməkdaşları tərəfindən saxlanıldığını çatdırıb.

K.Narimanyanın hərbi qulluqçu olduğu aydınlaşdırıldıqdan sonra, o hərbi polisə təhvil verilib.

Cinayət hadisəsinin təfərrüatları ictimaiyyətdən gizlədilsə də faktla əlaqədar araşdırma davam edir.

*****

İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində baş verən cinayət hadisələrini araşdıran müstəntiqlərin külli miqdarda rüşvət tələb etməsi valideynlərin artıq baş bəlasına çevrilib.

Qalmaqala səbəb odur ki, hadisə baş verərkən müstəntiqləri hadisəyə hüquqi qiymət verməkdən daha çox onların nə qədər pul “qoparacaqları” maraqlandırır. Bu səbəbdən də hər müstəntiq cinayət işini araşadırarkən istintaqa maksimum hərbi qulluqçu cəlb etməyə çalışır.

Məlumata görə, yuxarı qərargahın zabiti A.Mkrtumyan digər zabit B.Mxitryana zəng edərək istintaq şöbəsinin əməkdaşı Hovik Tovmasyan tərəfindən yenidən istintaqa cəlb edilməsi məqsədilə onun tabeliyində olan iki hərbi qulluqçunun müstəntiqin sərəncamına göndərilməsi tələbini çatdırıb.

Təkrar istintaqa cəlb edilən Ermənistan ordusunun əsgərlərindən biri yezidi kürd əsilli Cndoyan, digəri isə Manukyandır. Adları çəkilən hər iki əsgər Yura Simonyan adlı hərbi qulluqçunun cinayət işi ilə əlaqədar istintaqa cəlb olunublar.

Hərbi qulluqçuların yaxınlarının dediyinə görə, birinci dəfə istintaqa cəlb edilərkən onlardan rüşvət tələb olunub. Lakin yüksək vəzifəli şəxsin “xahişi” ilə Cndoyan və Manukyan cinayət işi ilə bağlı istintaqdan kənarlaşdırılıb. Pul əlindən çıxan müstəntiq qisas almaq məqsədilə, əlavə faktların ortaya çıxdığını bəhanə edərək sonradan onları yenidən istintaqa cəlb edib.

Hadisənin təfərrüatları ictimaiyyətdən gizlədilir. Y.Simonyanın cinayət işi ilə əlaqədar araşdırma davam edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Korrupsiya   Təxribat   Ölüm   Fərarilik