"Nasizm" sözünə uyğun 16 nəticə tapıldı!

Amerikalı jurnalist: "Münaqişənin tənzimlənməsi Ermənistana təsir nəticəsində mümkündür"

2017/10/05-21-2014s_150840694543545_1508420703.jpg
Oxunub: 2201     21:42     19 Oktyabr 2017    
Ordu.az xəbər verir ki, amerikan-avstraliya qəzeti "News Blaze"də amerikalı jurnalist Nurit Qrinqerin ASALA terror təşkilatı və erməni terroçulara rəsmi İrəvan tərəfindən göstərilən dəstək barədə məqaləsi nəşr edilib.

Biz isə, Nurit Qrinqeri tapmağa və onu erməni terrorunu araşdırmağa təşviq edən nüansları öyrənməyə müvəffəq olduq.

Deməli, N.Qrinqerin ailəsi alman nasistlərinin əlindən əzab çəkib və məhz, bu səbəbdən o, faşizmin və nasizmin istənilən formasını, xüsusən də, müasir Ermənistanda olduğu kimi, dövlət səviyyəsində təzahürü qəbuledilməz hesab edir.

"Mən Holokostun sağ qalmış qurbanlarının qızıyam. Bir dəfə erməni nasisti, Qaregin Njde barədə hekayə oxuduqdan sonra bu problemi diqqətlə öyrənməyə başladım. Bilirsiniz? Tərəfimdən tapılan məlumat tükürpədici oldu. Deyəsən, ermənilər sadəcə öz tarixlərini bilmək istəmirlər", - deyə həmsöhbətimiz bildirib.

Bununla yanaşı, Qrinqer ermənilərin əsl iç üzünü ifşa etdiyi üçün onların təhdidlərindən də qorxmadığını bildirib: "Yox, mən öz ünvanıma hələ heç bir təhdid almamışam. Ancaq əgər alsam, bu təhdidləri göndərənlər mənim vəkillərimlə üzləşməli olacaqlar. Ümumiyyətlə, pis insanların nə etdikləri məni narahat etmir".

Sonda o, Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi barədə öz mülahizələrini bölüşüb.

"Ümumi olaraq Qarabağ münaqişəsinin həlli, Ermənistana təsir nəticəsində mümkündür və faktiki olaraq, bu məsələyə heç kəs təsir göstərməyib", - deyə N.Qrinqer xülasə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: