"NATO" sözünə uyğun 2491 nəticə tapıldı!

Şimali Makedoniya 2020-ci ilin aprelinə qədər NATO-ya daxil olacaq

2019/09/20190-1569409122.jpg
Oxunub: 1453     15:46     25 Sentyabr 2019    
“2020-ci ilin aprelinə qədər Şimali Makedoniya NATO-nun tamhüquqlu bir üzvü olacaq, bu prosesə heç kim müdaxilə edə bilməyəcək”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Şimali Makedoniyanın Xarici İşlər Naziri Nikola Dimitrov deyib.

Onun sözlərinə görə, NATO rəhbərlərinin bu ilin dekabr ayında Londonda görüşü, İttifaqın 70 illik yubileyini qeyd etməklə yanaşı, Şimali Makedoniya üçün böyük əhəmiyyət kəsb edəcək açıq qapılar siyasətini təşviq etmək üçün də istifadə edilə bilər.

O qeyd edib ki, hər hansı ölkənin ratifikasiya prosesində problem olarsa, bu ancaq texniki xarakterli ola bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şimali-Makedoniya   NATO