"NATO" sözünə uyğun 2491 nəticə tapıldı!

Moldovanın yeni müdafiə naziri and içdi

2017/10/17_10_24_150884030243354_1508845622.jpg
Oxunub: 1410     19:39     24 Oktyabr 2017    
Ordu.az TASS agentliyinə istinadən xəbər verir ki, Moldovanın yeni müdafiə naziri Yevgeniy Struza bu gün parlament sədri Andriana Kandunun iştirakı ilə and içib.

Belə ki, Kandu Moldova Hərbi Qüvvələrinin Ali Baş Komandanı İqor Dodonun təyinatına dair əmrə qol çəkib.

“Moldovanın funksional hakimiyyətə ehtiyacı var. Bu təyinat ölkə prezidentinin ona təqdim edilmiş namizədliyi təsdiq etməkdən imtinası səbəbilə, xüsusi prosedur formasında realizə edildi”, - deyə A.Kandu mərasimdən sonra qeyd edib.

Qeyd edək ki, müdafiə naziri vəzifəsi keçən il Rumınya ilə birləşmək mövqeyindən çıxış edən Anatoliya Şalaranın Dodon tərəfindən azad edilməsindən bəri boş idi. Sentyabr ayının ortalarında Moldovanın baş naziri bu vəzifəyə Struzanı təqdim etsə də, Dodon bu vəzifəyə yalnız peşəkar şəxsin təyin ediləcəyini bildirərək onun namizədliyini rədd etmişdi.

Hökumət, Dodonun qərarını Konstitusiya Məhkəməsində müzakirəyə çıxartdı və məhkəmə baş nazirin mövqeyini müdafiə etdi. Dodon isə, öz növbəsində məhkəmənin qərarını “siyasi” və “qeyri-qanuni” adlandıraraq, təqdim olunan naziri siyasi mənada tanımayacağını və onu Ali Müdafiə Şurasınının tərkibinə daxil etməyəcəyini bildirdi.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Moldova   Müdafiə-naziri